Moderator.az keçmiş Müsavat başqanı, Milli Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin tanınmış müsahibəsinin sonuncu hissəsini təqdim edir:
Müsahibənin əvvəlini bu linkdən oxumaq olar--- moderator.az/news/136916.html
- Bu seçim özlərinin olsun, amma o koalisiyada olanlara etiraz elədiyinə görə Mehriban Vəziri Milli Şuradan çıxarıblar. Yəni, orda iplərin kimi əlində olduğu da bəlli. Amma məsələ burasındadır ki, bu Şura özünü hakimiyyətlə mübarizənin ön cəbhəsində görsə də, həmin qərara səs verənlərin tam əksəriyyətinin toplam fəaliyyətləri Mehriban Vəzirin bircə yazısı, bircə hekayəsi boyda olmaz. O zaman kim kiminlə və necə mübarizə aparır ki?
- Taninmiş bir ziyalının o şəkildə, o cür kənarlaşdırılması o qədər də xoş görünmür və burda söhbət Mehriban Vəzirdən gedir. Mehriban Vəzir Azərbaycanın ən istedadlı, ən çox hörmətə layiq və tanınmış ziyalılarından biridir. Mən Mehriban xanımı 20 ildən çoxdur ki, tanıyıram və bu müddət ərzində o, hansı qurumlarda olubsa, hansı koalisiyalarda fəaliyyət göstəribsə, hər zaman Azərbaycan cəmiyyətinə, Azərbaycanın mənəviyyatına, sənətinə, ədəbiyyatına və imkamları daxilində, gücü yetdiyi qədər milli mücadiləsinə, demokratikləşməsinə xidmət göstərməyə çalışıb, bu yöndə bir çox uğurlar da qazanıb. Ona görə də, bu cür ziyalılarımıza yanaşmada, xüsusulə hassas olmağın tərəfdarıyam.
- Foyedə 2018-ci ilin prezident seçkilərinə namizədin ”“ İsa Qəmbərin təbliğat xarakterli böyük plakatı asılıb. Əvvəllər bu tezliklə heç belə şeylər olmazdı və təbliğat, eləcə də seçki hazırlıqları, ən yaxşı halda seçkidən 1-2 ay əvvəl başlayardı və əməlli-başlı start belə götürə bilməmiş bitərdi. Bu yeniliyin arxasında, indidən seçkilərə ciddi hazırlıqların getdiyini söyləmək olarmı, yoxsa elə belə plakat asılıb, vəssalam? Siz həm də Müsavatın 2018 ”“ ci il prezident seçkilsinə namizədisiniz, elə deyilmi?
- Bu, partiyanın qurultayının qərarıdır. Bu sual mənim yadıma köhnə bir rəvayəti saldı. Demək, bir nəfər bir rəssama öz portretini çəkməyi xahiş edir. Rəssam da oturub bir saatın içərisində onun qəşəng və çox da səviyyəli portretini yaradır. Adam öz portretinə baxıb çox bəyənir və qiymətini soruşur. Rəssam qiyməti deyəndə adam təəccüblənir və deyir ki, bir saat üçün bu qiymət çox deyilmi? Rəssam da cavabında bildirir ki, bu iş bir saatlıq deyil, bütün mənim ömrüm və üstəgəl bir saatdır və mən də bunun qiymətini dedim. Indi, rəssamım sözü olmasın, siyasət elə bir sahədir ki, siyasətçi bütün fəaliyyəti dönəmində xalqa xidmətini göstətməlidir və xalqın da ona daha yüksək qiymət verməsi üçün çalışmalıdır. Mənim özümün də, hələ gənclik illərindən qəbul etdiyim bir prinsip var və bu sadə prinsip həm də xalq arasında tez-tez işlənən bir deyimə çevrilib. Adı da belədir ki, ən böyük biclik düzlükdür. Sən düz və dürüst şəkildə cəmiyyətinə, xalqına xidmət eləsən, düz şəkildə yaşayıb fəaliyyət göstərsən, əminəm ki, xalq buna həmişə qiymət verib və bundan sonra da verəcək. Bu baxımdan biz daimi hazırlıqdayıq, Azərbaycanda hakimiyyətə gəlib, ölkəmizin, xalqımızın problemlərini köklü şəkildə yaxşıya doğru dəyişməyə, həll etməyə iddialı olan bir qüvvəyik. Ona görə də, bütüm fəaliyyətimiz dövründə, seçkilərdə xalqın bizə səs verməsinə əminliklə çalışırıq. Bu mənada da hazırlıqlarımız davam edir. Ancaq sualınız bilavasitə prezident seçkilərinə hazırlıqlara başlamısınızmı mənasında verilibsə, təbii ki, hələ başlamamışıq. Çünki hər şeyin öz zamanı var.
- Qardaş Türkiyədə 14 ildir ki, iqtidarını sürdürən AKP-nin rəhbərliyində ciddi çat vermələrlə bağlı ehtimallar var və görünən odur ki, prezident Ərdoğanla, baş nazir Davudoğlunun yoları ayrılır. Bu mənada, soruşmaq istədiyim bir məsələ var. Müsavatda, Allah qorusun, yeni başqanla köhnə başqan arasında hansısa problemlər-filan yoxdur ki?
- Bü mümkün deyil, yənu münasibətlər sistemi də, mövcüd situasiya o deyil. Türkiyədə 2002-ci ildən başlayaraq AK parti hakimiyyətdədir və bu partiya çoxlarının da gözləntilərinin əksinə olaraq seçkidən-seçkiyə səslərinin sayını artıran bir qüvvədir. Və həmin qüvvənin də çox xarizmatik, olduqca dinamik, həmçinin də güclü natiq olan bir lideri var. Həmin liderin sözü, xüsusən də partiya daxilində həmişə qanun səviyyəsində qəbul edilib. Öz liderinin məsləhəti ilə Əhməd Davudoğlu həm AK parti sədri, həm də baş nazir təyin edildi. Deməliyəm ki, mən Əhməd Davudoğlunu çox uzun illər əvvəldən, bir intellektual kimi, elm adamı kimi tanıyıram. O, həm də olduqca mədəni bir ziyalı, prinsipial bir şəxsiyyətdir və mən onun bu xüsusiyyətlərini hər zaman çox yüksək qiymətləndirirəm. Və görünür indi, Əhməd Davudoğlunun bir çox məsələlərə müstəqil yanaşmaları və prinsipial mövqeyi ilə dövlət başçısının yanaşma və mövqeləri arasında ziddiyyətlər yaranmağa başlayıb. Yəqin ki, elə bu səbəblərdən də Əhməd Davudoğlu baş nazirlikdən gedir. Bu bir situasiyadır. Türkiyəlilərin özləri demişkən: “Türkiyə üçün hayırlısı olsun”x9d. Burdaki situasiya isə tamam fərqli bir situasiyadır. Burda mən, nizamnamənin hərfinə və ruhuna əməl edərək, başqanlığa namizədliyimi verməmişəm. Partiya qurultayı da çox yüksək səviyyədə seçki keçirərək yeni başqan seçib. Allaha şükür ki, yeni başqan da çox təcrübəli, güclü bir siyasətçidir və bu günkü ağır şəraitdə uğurlu şəkildə partiyaya rəhbərlik edir. Inanıram ki, bu uğurlu rəhbərlik bundan sonra da davam edəcək və daha böyük uğurlar da əldə olunacaq. Mən isə partiyanın qurultayda prezidentliyə namizəd göstərdiyi bir şəxsəm və bu etimada görə də partiyaya təşəkkür etmişəm, həm də bu etimadı çox yüksək qiymətləndirirəm. Indi də Milli Strateji Düşüncə Mərkəzini rəhbəri olaraq cəmiyyətə xidmətimi davam etməyə çalışıram. Bütün bunları ona görə deyirəm ki, bir daha cəmiyyətin də, sizin də nəzərinizə çatdıra bilim ki, qardaş Türkiyədəki vəziyyət də, münasibətlər də, situasiya da burdakından fərqlidir. Ona görə də burda elə bir problemin yaranması ehtimalı da sıfırdan aşağıdadır.(ps-nota.com)

































































































