Musiqiçi azyaşlının həyatını təhlükəyə atdı – VİDEO

Musiqiçi azyaşlının həyatını təhlükəyə atdı – VİDEO

Hazırda oxunan: Musiqiçi azyaşlının həyatını təhlükəyə atdı – VİDEO
608208
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda yolda təhlükəli şəkildə qayda pozuntusu edən daha bir sürücü bu əməlinin videosunu sosial şəbəkə hesabında paylaşıb.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə Göyçay rayonunda qeydə alınıb.
 

Belə ki, musiqiçi kimi fəaliyyət göstərən Rəhman Yediyarov adlı sürücü idarə etdiyi 77-QE-051 qeydiyyat nişanlı “KIA” markalı avtomobilin sükanı arxasında olarkən körpə uşağı qucağında saxlayaraq maşını tək əli ilə sürüb.


DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, sərnişindaşıma qaydalarını pozan sürücü polis əməkdaşları tərəfindən müəyyən olunaraq barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Qeyd edək ki, azyaşlıların avtomobilin ön oturacağında daşınması, sürücünün qucağında kimisə aparması qanunla qadağandır və inzibati məsuliyyət yaradır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO