Türkiyə Elmlər Akademiyası 100-ə yaxın elmi əsəri AMEA-ya bağışladı

Hazırda oxunan: Türkiyə Elmlər Akademiyası 100-ə yaxın elmi əsəri AMEA-ya bağışladı

76822

Türkiyə Elmlər Akademiyası son illərdə aparılmış fundamental tədqiqatlar nəticəsində ərsəyə gəlmiş və “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya Festivalı çərçivəsində təşkil olunan sərgidə nümayiş etdirmək üçün ölkəmizə gətirilmiş 100-ə yaxın elmi əsəri AMEA-ya bağışlayıb.

Bu barədə Bizim.Media-ya AMEA-dan məlumat verilib. 

Bildirilib ki, kitablar AMEA-nın Mərkəzi Elmi Kitabxanasında saxlanılacaq.

Xatırladaq ki, “TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyə Elmlər Akademiyasının prezidenti professor Müzəffər Şəkər sərgidə AMEA-nın pavilyonu ilə tanış olub, burada təqdim olunan yüksək texnologiya məhsullarını yüksək qiymətləndirib.
Həmçinin AMEA-da professor Müzəffər Şəkərlə görüş keçirilib və o, Türkiyə Elmlər Akademiyasının “İslamda elm və texnologiya” beşcildiyini AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimova hədiyyə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO