Şuşada Natəvanın evinin qarşısında musiqili kompozisiya - FOTO

Şuşada Natəvanın evinin qarşısında musiqili kompozisiya - FOTO

Hazırda oxunan: Şuşada Natəvanın evinin qarşısında musiqili kompozisiya - FOTO
626239
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən Vaqif Poeziya Günləri çərçivəsində “Sözün həsrəti –Heydərbabaya salam" adlı bədii-musiqili kompozisiya nümayiş olunub.
 
Mədəniyyət Nazirliyindən Bizim.Media-ya bildirilib ki, görkəmli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 120 illik yubileyinə həsr edilən kompozisiya Xan qızı Natəvanın evinin qarşısında nümayiş etdirilib.
 
Kompozisiyanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, rejissoru Elnur Məmmədov, musiqi tərtibatçısı Tərlan Əsgərlidir.
 
Səhnə işində Xalq artist Sabir Məmmədov, Əməkdar artistlər Kazım Həsənquliyev, Nazir Rüstəmov, Elşən Rüstəmov, aktyorlar Nəzrin Abdullayeva, Vüsal Məmmədov, Zəhra Salayeva, Sürahi Əliməmmədova və Emin Sevdimalıyeva yer alıblar.
 
Ayşən Mehdiyeva (xanəndə), Əməkdar artist Toğrul Əsədullayev (kamança), Səxavət Məmmədov (tar) və Cəfər Həsənovun (nağara) ifasında təqdim olunan musiqi nümunələri alqışlarla qarşılanıb.

Şuşada Natəvanın evinin qarşısında musiqili kompozisiya - FOTO - foto 1
Şuşada Natəvanın evinin qarşısında musiqili kompozisiya - FOTO - foto 2
Şuşada Natəvanın evinin qarşısında musiqili kompozisiya - FOTO - foto 3
Şuşada Natəvanın evinin qarşısında musiqili kompozisiya - FOTO - foto 4
Şuşada Natəvanın evinin qarşısında musiqili kompozisiya - FOTO - foto 5
Şuşada Natəvanın evinin qarşısında musiqili kompozisiya - FOTO - foto 6

 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO