Leyla Əliyeva birinci xanımın dəbindən yazdı

Leyla Əliyeva birinci xanımın dəbindən yazdı

Hazırda oxunan: Leyla Əliyeva birinci xanımın dəbindən yazdı
46231
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Azərbaycan respublikasının prezidenti İlham Əliyevin böyük qızı Leyla Əliyeva özünün, bacısı və anası, birinci xanım Mehriban Əliyevanın geyim tərzindən bəhs edib. L.Əliyevanın fikirləri bacısı Arzunun Facebook səhifəsində yerləşdirilib. 

"Hərdən biz birlikdə mağazalara gedirik. Amma bu istədiyimiz kimi tez-tez olmur, mən əsasən yaraşanı seçib alıram, dəbdə olub-olmamağı mənim üçün vacib deyil. Üçümüzün də ölçüsü eynidir, ona görə elə vaxtlar olur ki, geyimlərimizi dəyişirik. Anam kimi mən də çox bəzəkli, geyimləri seçmirəm, əksər zamanlarda isə bir rəngli libaslara üstünlük verirəm. Ən çox qara rəngdən xoşum gəlir. Çalışıram ki, hamının tanıdığı, kolleksiyanın hitinə çevrilmiş libasları yox, özümə yaraşanı geyinim. Anam həmişə nəyi nə ilə uyğunlaşdırmaq lazım gəldiyini bilir. Suallarım yarananda məsləhət üçün ona müraciət edirəm. Başqa heç kimə". 

O, qeyd edib ki, tərzini nə Moskva, nə də Bakısayağı adlandırmaq olmaz. O, daha çox Londona xasdır. "Çünki mən İngiltərədə böyümüşəm. Londonda geyimə çox vaxt ayırmaq qəbul edilmir. Cins, idman ayaqqabıları geyinib çıxırsan. Amma Moskvada və Bakıda qarderoba ciddi yanaşırlar. Bu sevindirici haldır”.

Sosial şəbəkələrin aktiv istifadəçisi olan Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva anasından danışaraq maraqlı məqamlara toxunub. Leyla xanım dəb barəsində hər bir məsləhəti anasından aldığını bildirib:

"Anam hər zaman bilir ki, nəyi nə ilə geyinmək olar. Məsləhətə ehtiyacım olduqda mən ancaq anama müraciət edirəm, ondan yaxşı məni başa düşən olmayacaq". L. Əliyeva bildirib ki, hər hansı bir yerə getdikdə birlikdə hazırlaşır, bir-birlərindən məsləhət alırlar. Bundan əlavə olaraq o, adətən fərqlənməyi sevdiyini qeyd edib. 

"Fərqlənməyə çalışsam da bu o qədər də asan olmur. Bununla belə həmişə konservativ tərzə üstünlük verirəm ”“ super hitlər və qıcıqlandırıcı geyimlər mənlik deyil. 
Anam bizim üçün paltar seçməyi bacarır. Hətta biz yanında olmasaq belə, o, seçdiyinin bizə yaraşıb-yaraşmayacağını bilir və heç vaxt yanılmır. Bacımla birlikdə ilk tərz dərslərini lap uşaqkən anamı müşahidə edə-edə öyrənmişik. O, geyinib bəzənəndə, saçlarını darayanda biz oturub baxırdıq. Anam bizə xüsusi məsləhətlər verməyib, amma böyüdükcə istər-istəməz onun tərzini təkrarlamağa başladıq”.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO