Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təltif edilən xalq yazıçısı, kinodramaturq, rejissor Maqsud İbrahimbəyova “Şərəf”x9d ordenini təqdim edib. Moderator.az nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, tədbir mərasimi Maqsud İbrahimbəyovun yaşadığı evdə keçirilib.
Azərbaycan teatr və kino sənətinin inkişafında böyük xidmətlərinə görə 7 may 2015-ci il tarixində Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov “Şərəf”x9d ordeni ilə təltif edilib.
Nazir Əbülfəs Qarayev Maqsud İbrahmbəyovun Azərbaycan teatr və kino sənətinin inkişafına böyük töhvələr verdiyini qeyd etmişdir. O, M.İbrahimbəyovun əsərləri əsasında çoxsaylı tamaşaların səhnəyə qoyulduğunu bildirmişdir. Həmçinin, yazıçının əsərlərinin xarici dillərə tərcümə olunduğu diqqətə çatdırıb.
Maqsud İbrahimbəyov yaradıcılığına verilən yüksək qiymətə və diqqətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.
Elmin NURİ


































































































