Öz əliylə sevişir bütün tənha adamlar...
Tənha adamın otağında vahiməli bir mənzərə vardı - masanın üzərində düzülmüş üfunət qoxulu boş konserv qutuları, küncdə pivə şüşələri, stulların söykənəcəyindən asılmış kirli köynəklər, divanın üstündə tozlu corablar, döşəməyə səpilmiş şalvarlar və daha nələr, nələr...
Varlı şəhərin ən kasıb qəsəbəsində, köhnə beşmərtəbəli binanın son qatında bir otaqlı evdə yaşayırdı tənha adam. Bir il əvvəl isə münasibətdə olduğu bir qadınla yaşayırdı bu evdə. Sonra ayrıldılar.
Çöldən maşın siqnalları, futbol oynayan uşaqların hay-həşiri eşidilirdi. Otağın içində dərin bir sükut porno aktrisanın bilgisayardan gələn inilti səsi ilə pozulurdu. O, kresloda yayılıb pivə şüşəsini dodaqlarını dirəyərək içir və bir əli ilə də şalvarının üstündən penisini oynadırdı. Aktrisanın süni qışqırığı onu qane etmir və saytın axtarış bölməsinə “hardcore sex”x9d yazırdı. Düşünürdü ki, vəhşicə sekslərdə aktrisaların saçı yolunarkən onlar daha təbii qışqırırlar.
Yox, bu da ona həzz vermirdi. İçdiyi pivə də saman suyu kimi gəlirdi. Hər şey maraqsız, mənasız və ləzzətsiz idi. Küncdə bir boş pivə şüşəsi də artır, soyuducuda isə bir dolu pivə şüşəsi azalırdı. Yenə eyni mənzərə - saçı yolunan aktrisanın qışqırığı, dodaqlara dirənən pivə şüşəsi, iki ayağın arasında qurdalanan əl və bütün bunlardan heç bir həzz ala bilməyən tənha adam...
Qapı döyüldü. Tənha adam isə təəccüb içində döyülən qapıya baxırdı ”“ çünki bu şəhərdə onun qapısını döyəcək heç kəs yox idi. Həyəcandan nə edəcəyini unudub qapıya yaxınlaşdı və açdı. İçəri sarışın, göygöz, qısa və ağ donlu, hündürdaban ayaqqabıda boyu tavana dirənən və əlində qırmızı çanta tutan bir qız daxil oldu.
-Salam! ”“ dedi qız.
-Siz kimsiz? ”“ heyrətlə soruşdu tənha adam.
-Doğum günün mübarək! ”“ deyə qız cavab verdi.
Tənha adamın təəccübü daha da artdı:
-Bunu hardan bilirsiz? ”“ deyə sual etdi.
-Boş ver! Təklikdən darıxdığını bilirəm. ”“ deyib qız bilgisayardakı pornonu işarə edərək davam etdi, ”“ bu kifir qancığın büzüşmüş dərisinə baxıb mastrubasiya etdiyini də bilmək çətin deyil!
Qız ev sahibi kimi içəri girdi, əlindəki çantanı masanın üstünə qoydu və divanın üstündəki corabları yerə tullayıb divana sərildi. Əlini kreslonun üstündəki bilgisayara doğru uzadıb söndürdü. Sonra isə tənha adama doğru qollarını uzatdı. Tənha adam qapını bağladı və yenidən kresloya qayıdıb bilgisayarı açdı.
-Burax bu zəhrimarı! Gəl, içək! ”“ deyib qız kreslonun yanındakı yarımçıq pivə şüşəsini götürüb başına çəkdi.
-Kim olduğunu deyəcəksən?
-Adım Lidiyadır. Lida deyirlər.
-Bura niyə gəlmisən?
-Səni əyləndirməyə.
-Kim göndərib səni?
-Özüm gəlmişəm.
-Mənim burda olduğumu hardan bilirdin?
-Bütün tənha adamları hiss edirəm mən. ”“ deyib qız şit qəh-qəhə çəkdi.
Tənha adam isə laqeydliklə porno saytlarının birində “hardcore sex”x9d axtarmaqda idi. Lidiya bu laqeydlikdən əsəbiləşib:
-Orda axtardığını mənimlə edə bilərsən! ”“ dedi.
-Bura bunun üçün gəldiyini bilirəm. Mənə seks lazım deyil. Mənim məşuqələrim çoxdur.
-Aha! Bəs sənin doğum günündə niyə onlardan heç biri yoxdur?
-Sənə kim dedi ki, yoxdur? Onlar burdadırlar və mənimlə sevişirlər. Sən isə bizə mane olursan.
-Hanı onlar? Mən görmürəm axı...?!
-Bu pivə şüşələrini görmürsən? Bilirsən, mən onlarla dəlicə öpüşürəm. Dünyada heç bir qadın bu pivə şüşələri kimi mahir öpüş ustası deyil! Sonra porno aktrisalarla bu divanın üstündə min oyundan çıxırıq ”“ minet, altmış doqquz, anal seks, vaginal seks və daha nələr, nələr!? Sonra isə əlim. Məni boşaldan əlim olur. “Cumshot”x9d isə zibil qutusundakı kağızlarla yaşanır. Məsələn, pornodakı aktyor aktrisanın ağzına boşalanda, mən də o kağız parçalarının üstünə boşalıram. Amma ən yaxşı məşuqəm tənhalıqdır. Onunla sevişə bilməsək də, bütün bu məşuqələrimi mənə verən odur.
-Hmmm...
-Nə oldu? Danışmadın.
-Sən havalanmısan! Mən sənin doğum gününü təbrik etməyə gəlmişəm və səninlə əylənməyə. Bu cəfəngiyyatları dinləməyə səbrim yoxdur. ”“ dedi və donunu soyunub kənara tulladı Lidiya.
Sonra ayaqqabılarını çıxarıb divanın kənarında qoydu, buzqalterini açıb tənha adamın üzünə atdı və önü tül olan ağ tumanını soyunub topuğunda saxlayaraq ayağını havada yellədi. O isə Lidiyanın ağ bədəninə, çiyninə sərilmiş sarı, qıvrım saçlarına, dik və dolu döşlərinə, zərif ayaqlarına baxırdı. Nəhayət, bilgisayarı bağlayıb kənara qoydu və əynindəki paltarlarla Lidiyanın üstünə sərildi.
Tənha yaşamaqla ölümün arasında üç fərq var ”“ öləndə nəfəs almırsan, ürəyin döyünmür və qanın dövr etmir.
Tənha adam divanda yorğun halda uzanmışdı. Lidiya isə paltarlarını geyinirdi. Sükut hökm sürürdü. Qız çantasından bir zərf çıxarıb masanın üstünə qoydu və dərin düşüncəli baxışlarını divanın üstündə yorğun düşən tənha adama zilləyib pıçıltı ilə:
-Sağ ol! ”“ dedi.
Tənha adam sükutunu pozmadı. Lidiya isə iti addımlarla evi tərk etdi. Az sonra tənha adam qüvvəsini toplayıb qalxdı. Susadığını hiss etdi. Masanın üstündəki çirkli stəkanların birinə su süzdü və qurultu ilə içdi. Stəkanı təngnəfəs masaya çırpdı və bu vaxt Lidiyanın qoyduğu zərfi gördü. Heç təəccüblənmədi də. Sanki bu zərfi gözləyirdi ”“ qəfil və şən qonağın bu lütfkarlığında bir səbəb axtarırdı. Səbəbin zərfdə yazıldığı ona məlum idi. Zərfi açdı, çox çətinliklə oxunan qarışıq xətlə yazılmışdı məktub. Yazanın bizim dilə yad olduğu görünürdü. Tənha adam çətinliklə də olsa oxumağa başladı:
“Bilirəm, indi düşünürsən ki, görən bu qız kim idi, nəçi idi, niyə gəlmişdi, hardan tapmışdı məni? Məni tanımırsan. Amma sənə dəlilər kimi aşiq olan, özünü sənə həsr edən qadını tanıyırsan. Bir il əvvələ qədər birgə yaşadığın, səndən 15 il böyük olan qadını ”“ öz anamı deyirəm.
Mən Rusiyada doğulmuşam, orda yaşamışam, orda böyümüşəm. Atam rusdur. Anam ”“ sənin sevimli məşuqən isə azərbaycanlıdır. Mənim beş yaşım olanda atamla anam ayrılıb. Bu ayrılığa səbəb isə sən olmusan. Atamın restoranında ofisiant işlədiyin vaxtları xatırlayırsan yəqin. Yetim və çarəsiz olan səni öz yanında işə götürdüyü vaxtları deyirəm. Anamın bizi ataraq sənə qoşulub Azərbaycana gəldiyi vaxtlarıı deyirəm. Mən anamı onu heç vaxt unutmadım. Söz vermişdim ki, mütləq anamı tapacağam. Sözümü tutdum.
Anamı tapanda siz artıq ayrılmışdınız. Yəni sən onun yaşlı, kifir bir qoca olduğunu deyib öz evindən atmışdın artıq. O mənə səndən çox danışıb. Hətta hər gün, hər gecə səndən danışardı. İndi danışmır, danışa bilmir, çünki artıq o ölüb. Gerisi aydındır yəqin. Sən məndən anamı iki dəfə almısan ”“ birinci dəfə onu Azərbaycana gətirəndə, ikinci dəfə o sənsizliyə dözməyib özünü asanda.
Səni tapmağım isə çətin olmadı. Anamın səninlə bir şəkili vardı. Yaşadığın küçədə, binanın qarşısında. O şəkildəki küçəni və evi tapmaq üçün bu şəhəri çox gəzmişəm. Doğrusu səni tapmağıma ümidim də azalmışdı. Hiss edirdim ki, artıq ömrüm azdır. Həəə, onu deməyi unutmuşam axı ”“ mən HİV daşıyıcısıyam. Artıq xəstəliyimin sonuncu mərhələsinə - QİÇS-ə az qalıb.
Əgər mənimlə sevişmisənsə, sən də xəstəsən demək. Anam getdiyi yerdə bizi gözləyir. Görüşənədək!”x9d
Tənha adam o qadının öldüyünü bilmirdi. Yalnız indi, ömründə ilk dəfə bu intiqam məktubunun üzərinə göz yaşı axıdanda anladı özündən 15 il böyük olan həmin qadını sevdiyini. Məktubu əlində büzüb pıçıldadı:
-İntihar edəcək qədər cəsur deyiləm mən. Gərək tez öldürəydin məni, Lida!
Müəllif: Orxan Bahadırsoy
































































































