Xəbər verdiyimiz kimi Azərbaycanın Gürcüstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov vəfat edib. Bakıda, yaşadığı evdə dünyasını dəyişən Dursun Həsənovun ölüm səbəbi məlum olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə mərhum ürəktutması (infarkt) nəticəsində vəfat edib.
MÖVZU İLƏ BAĞLI:
Dursun Həsənov vəfat etdi - FOTO
Qeyd edək ki, bu gün saat 11:00-da Təzə Pir məscisində Dursun Həsənovla vida mərasimi olacaq.
Mərhum Bakıda dəfn olunacaq.
Məlumat üçün bildirək ki, Dursun Həsənov əslən Marneuli rayonunun Algeti inzibati ərazi vahidliyindəndir. O, Gürcüstan SSR-in dövlət və partiya xadimi, Ali Sovetin deputatı Ayvaz Dursun oğlu Həsənovun oğludur.
Həmçinin Dursun Həsənov hazırda Azərbaycan Respublikasının İspaniya Krallığı və Andorra Knyazlığındakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənovun qardaşıdır.
Dursun Həsənov 1993-cü ildən etibarən Azərbaycanın diplomatik nümayəndəliklərində fəaliyyət göstərib. O, 2017–2020-ci illərdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
Bizim.Media

































































































