Taylandın vəliəhd şahzadəsi Bajrakitiabha 47 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, Tayland Kral Ailəsi İdarəsinin yaydığı məlumata görə, şahzadə 2022-ci ilin dekabr ayında ürək ritminin pozulması nəticəsində huşunu itirdikdən sonra komaya düşmüşdü.
O vaxtdan bəri davam edən intensiv müalicələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Rəsmi açıqlamada bildirilib ki, şahzadənin səhhəti bu ilin may ayında bağırsaq iltihabı ilə əlaqədar yaranan infeksiyadan sonra daha da ağırlaşıb. Aşağı qan təzyiqi, ürək ritminin pozulması və qan laxtalanması problemləri ilə mübarizə aparan Bajrakitiabhanın vəziyyəti son günlər kritik həddə çatıb.
Məlumata görə, Tayland Kralı Maha Vajiralongkornun ən böyük övladı olan şahzadə iyunun 11-də yerli vaxtla saat 19:48-də dünyasını dəyişib.
Kral sarayı şahzadənin şərəfinə ənənəvi kral dəfn mərasiminin keçiriləcəyini açıqlayıb. Onun cəsədi Banqkokdakı Böyük Saray Kompleksində yerləşən Piman Rattaya Taxt Otağına aparılacaq.
Qeyd edək ki, 7 dekabr 1978-ci ildə anadan olan Bajrakitiabha Tayland monarxiyasının ən nüfuzlu simalarından biri hesab olunurdu və uzun müddət ölkənin gələcək rəhbərlərindən biri kimi göstərilirdi.

Bizim.Media



































































































