Hindistanda meymunlara toy etdilər -  FOTOLAR

Hindistanda meymunlara toy etdilər - FOTOLAR

Hazırda oxunan: Hindistanda meymunlara toy etdilər - FOTOLAR

60457
Hindistanın şimalında iki meymun cütlük üçün  toy mərasimi keçirilib.
 
Mərasimdə bəylə gəlinin  200-dən artıq qonağı olub.
 
Toyu təşkil etmiş heyvanların sahibi, erkək meymunun ona "oğul qədər əziz olduğunu" bildirib. Bihar ştatının Bettiah rayonunda keçirilən toyda "gəlin"ə narıncı rəngli don, "bəyə" isə sarı rəngli mayka geydirilib. Ramu adlı 13 yaşlı erkək meymun və Ramdulari adlı gəlinin toy karvanının başında güllərlə bəzədilmiş cip avtomobili musiqiçilər və rəqqaslar müşayiət ediblər.
 
"Təzə bəylə gəlini" yolboyu yüzlərlə yerli sakin alqışlayıb. Meymunların sahibi Udeş Mahto BBC Hindu xidmətinə Ramunun ona "böyük oğlu qədər əziz" oluğunu deyib.
 
Yerli hindu kahini Sunil Shastri meymun cütlüyüyün nikahını "rəsmiləşdirib". "Əvvəlcə mən razı deyildiyim, amma cənab Mahto üçün bu məsələnin nə qədər ciddi oluğunu görüb razıılaşdım", Şastri deyib.
 
Meymunların toyuna dəvətnamələr çap olunub, qonaqları əyləndirməq üçün toya musiqi qrupu dəvət edilib. Toyda qonaqların bolluca yeyib-icdiyi qeyd olunur.(publika.az)


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO