Ayılar Rusiyanın strateji vacib resursu hesab edilsin  - FTX-dən əcaib təklif...

Ayılar Rusiyanın strateji vacib resursu hesab edilsin - FTX-dən əcaib təklif...

Hazırda oxunan: Ayılar Rusiyanın strateji vacib resursu hesab edilsin - FTX-dən əcaib təklif...

233624
Rusiya federal təhlükəsizlik xidməti (FTX) təklif edib ki, azalması səbəbindən qonur və Himalay ayıları strateji vacib resurs hesab edilsin və bununla bağlı hökumətin qərar layihəsi hazırlanıb.

Moderator.az xəbər verir ki, sənəd normativ hüquq aktlar layihəsinin portalında dərc edilib.xa0
İdarədə hesab edirlər ki, ayıların hüquqi müdafiəsi üçün xüsusi qaydalar zəruridir, belə ki, xaricdəki qeyri-leqal bazarlarda bu ayılara xüsusi tələbat var.
xa0
“Müəyyən olunsun ki, beynəlxalq ticarət haqqında konvensiyanın təsiri altına düşən, məbləği 100 min rublu keçən, yox olmaq təhlükəsi altında olan vəhşi fauna və flora növləri strateji vacib mallar və resurslar kateqoriyasına daxildir. Bura 03 mart 1973 cü ildən qonur ayı, Himalay ayısı, ağsinə ayı, kabarqa ayıları daxildir” - sənəddə deyilir.

Martda Baş Prokurorluqdan bildiriblər ki, Rusiyada qonur ayının sayı iki ilə 36% azalıb - 2015-2017 illər arasında 225 mindən 143 minə düşüb.

Yeni qaydalara görə, ayı ovuna yalnız 15 apreldən 10 iyuna qədər icazə veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO