Filosofların qeyri-adi ölüm səbəbləri - MARAQLI

Filosofların qeyri-adi ölüm səbəbləri - MARAQLI

Hazırda oxunan: Filosofların qeyri-adi ölüm səbəbləri - MARAQLI
208569
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Moderator.az bütün həyatları müəmma içində keçən, hətta dünyaarını dəyişəndə də, bunuxa0 qeyri-adi şəkildə edən filosofların maraqlı ölüm səbəbləri haqqında kiçik yazını təqdim edir:

Pifaqor- Heç kəs inanmaz ki, qədim yunan fəlsəfə məktəbinin ən məşhur simalarından olan, yerin ilk dəfə kürə formasında olduğunu qeyd edən və elmə Pifaqor teoremini bağışlayan filosof oğruluq üstündə dünyasını dəyişib. Özü də nə oğruluğu?- Həddən artıq vegetarianlığa meyl etməsininxa0 qurbanı olub. Günlərin birində bir paxla tarlasına girir, paxlaları əzib qaçdığı vaxt qəfildən dayandığı nöqtədə qalır və onu təqib edən tarla sahibləri tərəfindən öldürülür;

Diogen- qeyri-adi həyat tərzinə, bütün maddi nəsnələrdən imtina etdiyinə görə hamının dəli adlandırdığı böyük fikir sahibi Diogenin ölümü barəsində iki fərziyyə var: birinci versiyada, onun birdəfəyə həddindən artıq çoxxa0 çiy qida yedikdən sonra keçirdiyi ciddi həzmsizlik üzündən öldüyü deyilir. İkinci versiya isə daha maraqlıdır. O, deyilənlərə görə,xa0 itləri arasında çiy qida bölüşdürürkən ayağından qıc olur və daha sonra dünyasını dəyişir;

Heraklit- bir başqa yunan filosofu oan Heraklit insanlara nifrət etdiyi üçün dağlara qaçır və burada ot-tərəvəzlə qidalanmaqdan bədəni su yığır. Həkimlər bu vəziyyətin müalicə edilə bilməyəcəyini söyləyincə, öz müalicəsini özü etməyə başlayır. Bütün bədənini başdan aşağı gübrəylə örtür və açıq havaya çıxır (bəlkə də kimsənin onu evinə ala bilməyəcəyi üçün). Tarixçi Diogenə görə, üzərindəki gübrəni təmizləyə bilmir və tanınmaz halda itlər tərəfindən parçalanır;

Empedokl ”“ Onun ölümü haqqında iki fərziyyə var. Bir fərziyyəyə əsasən, o, qırıq bir qıç ucbatından, digərinə görə, Tanrı olduğunu sübut etmək üçün Etna vulkanının kraterinə tullanaraq ölür;

Sokrat-Afina həbsxanasında zəhərdən ölən Sokratdan bəhs etməyə ehtiyac yoxdur. Onun ən yaxın dostu olmuş və ölürkən də yanında olan tələbəsi Platon onun ölümünü təsvir edərək yazır: “O, zəhəri gülə-gülə içdi. Camı da gülə-gülə yerə qoydu. Sonra bütün bədəni iflic olmağa başladı. Zəhər ürəyinə çatanda isə gözlərindəki işıq tamam söndü”x9d.

Frensis Bekon-Bir toyuğu qarda dondurmaq istəyərkən sətəlcəmə tutulur və sonra ölür;

Rene Dekart-Səhərlər çox erkən qalxmaqdan ölən Rene Dekart talesiz adam olub. İsveç kraliçası Kristinanın sarayına dəvət alma şərəfinə çatdı, kraliçanın gündəlik təhsil istədiyini dəhşətlə öyrəndi, ancaq kraliçanın boş vaxtı sübh saat 5 radələri idi. Hər gün saat beşdə durmaq filosofun axırına çıxdı. Hər halda böyük riyaziyyatçı yazılarında bu rejimdən çox şikayətlənirdi/

Elmin Nuri




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO