Alimlər beyinin sirlərini sintetik liflərlə öyrənəcəklər

Alimlər beyinin sirlərini sintetik liflərlə öyrənəcəklər

Hazırda oxunan: Alimlər beyinin sirlərini sintetik liflərlə öyrənəcəklər

170111
Alimlər ilk dəfə vizual, elektrik və kimyəvi siqnalları bir yerdə beyinə ötürə bilən sintetik liflər hazırlayıblar.

Saç tükü qədər nazik olan bu liflər beyinin yumşaq və qıvrım quruluşuna rahat uyğunlaşa bilir. Müxtəlif sahələrin alimlərinin birgə tədqiqatları nəticəsi olan yeni kəşfin elastik quruluşu sayəsində sərt və metal protezlərə nisbətən beyində daha uzun müddət idarə olunur. Beləliklə, liflər müxtəlif cihazlarla beyinə aparılan genetik, vizual, elektrik və kimyəvi informasiya mübadiləsini birləşdirməyə imkan verir.

Alimlər bildirirlər ki, bu yeni icad vasitəsilə beyinin hələ də sirli qalan hissələrinin funksiyaları və onlar arasındakı əlaqələr haqqında daha ətraflı məlumat əldə olunacaq.

Tədqiqatçılar yeni lifləri daha da kiçildərək bədəndəki sinir toxumalarına yeridilə biləcək ölçüdə hazırlamaq niyyətindədirlər.(azərtac)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO