SSRİ Finlandiyanı da tutmağı planlaşdırırmış - ŞOK FAKTLAR

SSRİ Finlandiyanı da tutmağı planlaşdırırmış - ŞOK FAKTLAR

Hazırda oxunan: SSRİ Finlandiyanı da tutmağı planlaşdırırmış - ŞOK FAKTLAR

154978

SSRİ 1944-cü ildə Finlandiyanın geniş ərazilərini tutmağı planlaşdırırdı.

Bu haqda Finlandiyanın “İlta Sanomat”x9d nəşri professor Kimmo Rentolanın “Stalin və Finlandiyanın taleyi”x9d (Stalin ja Suomen kohtalo) adlı yeni kitabına istinadən yazıb.

Məllif bildirir ki, Stalin 1944-cü ilin yazında Sovet İttifaqının sərhədlərində mümkün dəyişiklikləri fikirləşirdi. Sovet liderinin planlarına sərhədin Sayma gölünə qədər irəli çəkilməsi, Lappeenranta və İmatra şəhərlərinin Sovet İttifaqına birləşdirilməsi daxil idi. Bundan başqa, Sovet İttifaqı Sveaborq qalasını icarəyə götürə bilərdi. Yəni, öz qoşunlarını birbaşa Helsinkinin qarşısında yerləşdirə, həmçinin Aland adalarında hərbi bazanı yarada bilərdi.

1941-1944-cü illərdəki Sovet-Finlandiya müharibəsindən sonra marşal Kliment Voroşilov tərəfindən başçılıq edilən komissiya sülh razılaşması hazırlamışdı. Sovet İttifaqı Finlandiyadan böyük ərazilər tələb edərdi. Sənədin adı da təmtəraqlı idi: “Finlandiyanın qeyd-şərtsiz kapitulyasiyası haqqında”x9d.
Kimmo Rentola qeyd edir ki, bu tələblər Moskvanın 1944-cü ilin martında Finlandiyanın nümayəndələrinə verdiyi siyahıda yer almamışdı. SSRİ onlara əlavə şərtlər kimi baxırdı. Professor Kimmo Rentola güman edir ki, Stalin və SSRİ-nin xarici işlər naziri Molotov əlavə şərtlər hazırlasa da, onların müzakirə etməsi əlverişli vəziyyət yaranmayıb. (Publika.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO