Oksford və Durham universitetlərinin geoloqları yeni bir üsuldan istifadə edərək Afrikanın Böyük Rift dərəsində helium qazı olan böyük ərazi aşkar ediblər.xa0Afrikanın şərqində yerləşən Tanzaniyada tapılan ərazidə heliumun miqdarı 1.5 milyard kubmetrdən çoxdur.
Moderator.az xa0BBC-yə istinadən xəbər verir ki, dünyada helium ehtiyatlarının tükənməyə başladığı bir dövrdə bu ərazinin tapılması böyük hadisə kimi qiymətləndirilib. Ərazinin yalnız bir hissəsindəki helium qazı bir milyondan artıq MR cihazını doldurmağa bəs edəcək. MR cihazları ilə yanaşı mikroskoplar, kosmik cihazlar, teleskoplar və radiasiya cihazlarında istifadə edilən helium indiyə qədər neft və qaz çıxarma zamanı çox az miqdarda əldə edilib.
Tədqiqatçılar müəyyən ediblər ki, keçmişdə həmin ərazidə vulkan baş verib və vulkan helium qazını yaxınlıqdakı qayanın içinə doldurub. Zaman keçdikcə də helium ətrafdakı əraziyə yayılıb. xa0
Rumiyyəxa0









































































































