- A-
- A
- A+
Интересно
00:06 / 04.11.2015
1 dəq oxunma
AMEA Dilçilik İnstitutu AFFA-ya müraciət edəcək...
Hazırda oxunan: AMEA Dilçilik İnstitutu AFFA-ya müraciət edəcək...
104137
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu Azərbaycan Premyer Liqasında çıxış edən klubların formalarında futbolçuların ad və soyadlarının Azərbaycan dilində latın qrafikasına uyğun yazılması ilə bağlı AFFA-ya müraciət edəcək.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli bildirib ki, yerli çempionatda çıxış edən klubların formalarında futbolçuların ad və soyadlarının əcnəbi dildə yazılması doğru deyil:
“Biz bu məsələ ilə bağlı AFFA-ya məktub göndərəcəyik. Təbii ki, beynəlxalq oyunlar istisnadır. Yerli çempionatda elektron tabloda futbolçunun adı Azərbaycan dilində, amma formada əcnəbi qrafikada yazılır. Bu, doğru deyil”x9d.
Q. Məhərrəmli qeyd edib ki, ölkədə Azərbaycan dili 22 sahədə tətbiq olunur: “Bununla bağlı məsələ qaldırılacaq. Qurban Qurbanov Ukraynada mətbuat konfransında Azərbaycan dilinə danışmışdı. Bu çox yaxşı hal idi. Biz İnstitut adından ona məktub da göndərmişdik. Bu məsələni diqqətdə saxlayacağıq”x9d.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında çıxış edən “Neftçi”x9dnin formasında “Qurbanov”x9d soyadı “Gurbanov”x9d, “Xəzər Lənkəran”x9dın formasında “Elşən”x9d adı “Elshan”x9d kimi yazılır. (Piasport.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.































































































