Britni Spirs körpəsini itirdi - FOTO

Hazırda oxunan: Britni Spirs körpəsini itirdi - FOTO

74411

Sevgilisi Sem Əsgəridən bir ay əvvəl hamilə qaldığını açıqlayan dünya şöhrətli pop ulduz Britni Spirs bətnində olan körpəsini itirib.

Bizim.Media xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında post paylaşaraq məlumat verib.

“Dərin kədərlə körpəmizi erkən itirdiyimizi elan etməliyik. Bu, hər bir valideyn üçün dağıdıcı zamandır. Bir-birimizə olan sevgimiz gücümüzdür” deyə Spirs yazıb.

O, əlavə edib ki, Əsgəri ilə birlikdə ailəni daha da böyütməyə çalışacaq.

“Bütün dəstəyinizə görə təşəkkür edirik. Bu çətin zamanda ciddi şəkildə məxfilik istəyirik. 40 yaşlı müğənninin 2004-2007-ci illərdə evli olduğu rəqqas və reper Kevin Federlayndan 16 yaşlı Şon Preston Spirs Federlayn və 15 yaşlı Ceyden Ceyms Federlayn adlı uşaqları var.

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO