Gündə 3-4 taksi sürücüsünü "müalicə edirəm"

Gündə 3-4 taksi sürücüsünü "müalicə edirəm"

Hazırda oxunan: Gündə 3-4 taksi sürücüsünü "müalicə edirəm"

616814

Əməkdar artist Elza Seyidcahan "Günə uğurla" verilişində qonaq olub.

Bizim.Media xəbər verir ki, ifaçı tez-tez taksidən istifadə etdiyini və onu tanıəmayan sürücülərə irad bildirdiyini açıqlayıb:
 

"Yollarda xətlər artıb. Gördüm ki, çox cərimə ödəyirəm, taksidən istifadəyə keçdim. Gündə 3-4 taksi sürücüsünü "müalicə edirəm". Otururam yanlarında, psixoloq kimi danışıram. İnanmırlar ki, Elza Seyidcahanam.


Gülürlər. O gün bir sürücüyə rast gəldim. İçərişəhərə gedirdik. Ora daxil olan kimi başladı İçərişəhəri təhqir etməyə. Düşəndə pulunu verib dedim ki, adam öz yaşadığı ölkə haqqında belə danışmaz. Mən də Elza Seyidcahanam. Mənə dedi ki, sizi tanıdım, "Hozu" filmində görmüşdüm. Cavab verdim ki, elə sən özün də hozusan. Bir bəstəkarı, onun mahnılarını tanımırsan".

E.Seyidcahan bəzi aparıcıların belə onu tanımadan efirə dəvət etməsini qınayıb:

"Bizim camaat, hətta bəzi aparıcılar da öz sənətkarlarını tanımırlar. O gün efirə dəvət almışdım. Guya aparıcıdır, məni də tanımır. Deyir ki, siz gələndə insanlar geyimlərinizi görür, üzlərində gülüş yaranır. Elə bil meymunam. Axırda veriliş bitdi. Başqası olsa, aparıcının o sözündən sonra çıxıb gedərdi. Kanala hörmət etdiyim üçün sona qədər oturdum. Ona sonda dedim ki, geridə qalmısan. Redaktorunuz yoxdur ki, gələn qonağın kim olduğunu desin". (axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO