Xalq artistinin arxiv görüntülərini paylaşıb, ad gününü təbrik etdi – FOTO

Xalq artistinin arxiv görüntülərini paylaşıb, ad gününü təbrik etdi – FOTO

Hazırda oxunan: Xalq artistinin arxiv görüntülərini paylaşıb, ad gününü təbrik etdi – FOTO

610378

Əməkdar artist Abbas Bağırov Xalq artisti Ənvər Sadıqovu ad günü münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, o, Ənvər Sadıqovla çəkilən arxiv fotolarını paylaşıb.

Abbas Bağırov paylaşımına belə şərh yazıb:

"Bu gün mənim üçün çox gözəl və özəl gündür. Bu gün Xalq artisti, görkəmli musiqi xadimi, Azərbaycan musiqisinə böyük töhfəsi, zəhməti olan ustad, əzizim, doğma və çox dəyərli Ənvər Sadıqovun doğum günü və yubileyidir.

Ənvər müəllim, siz mənim üçün təkcə ustad deyilsiniz, həm də doğma, çox dəyərli qardaşım, yol yoldaşım, səhnədə arxalandığım böyük bir dağsınız. Sizinlə eyni səhnəni bölüşmək, birlikdə bu yolu getmək mənim üçün hər zaman qürur olub.

Azərbaycan musiqisinə çox böyük töhfələr vermisiniz və sözün əsl mənasında bizim milli sərvətimizsiniz. Sənətiniz, enerjiniz, ürəyiniz hər zaman hiss olunur: həm səhnədə, həm də həyatda.

Allah sizə uzun ömür, möhkəm can sağlığı versin. Hər zaman bizimlə olun, səsiniz də, varlığınız da daim başımızın üstündə olsun. Sizi çox sevirik, Ənvər müəllim, var olun".

Qeyd edək ki, bu gün Ənvər Sadıqovun 60 yaşı tamam olur.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO