Bredli sevgilisi Ciciyə qonşu olmaq üçün 6,5 milyon dollar XƏRCLƏDİ - FOTO

Bredli sevgilisi Ciciyə qonşu olmaq üçün 6,5 milyon dollar XƏRCLƏDİ - FOTO

Hazırda oxunan: Bredli sevgilisi Ciciyə qonşu olmaq üçün 6,5 milyon dollar XƏRCLƏDİ - FOTO
178538
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hollivud aktyoru Bredli Kuper eşq yaşadığı supermodel Cici Hadidə daha yaxın olmaq üçün gözlənilməz addım atıb.

Bizim.Media "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, aktyor Cici ilə xoşbəxt həyat səhifəsini açmaq üçün onun vətəni "New Hope" şəhəri yaxınlığında Pensilvaniyada villa alıb.

Həmin ərazidə Cicinin anasının ferması da var.

Nəşr yazır ki, sövdələşmə hələ dekabr ayında baş tutub. Bredli əmlak üçün 6 milyon yarım dollar (təxminən 11 milyon manat) ödəyib. 13 hektar ərazidə tikilən malikanənin daş anbarı, hovuzu, bağçası və hətta kiçik gölü də var.

Bununla yanaşı, malikanənin qonaq otağı və idman zalı, altı vanna otağı və yeddi yataq otağı var. Bu isə Bredlinin xəyal etdiyi böyük ailə üçün mükəmməl seçimdir.
Yeri gəlmişkən, malikanə 18-ci əsrin əvvəllərində tikilib və sakinlər onun tarixi cazibəsini qoruyub saxlamağa çalışıblar. Fotoları diqqətlə incəllədikdə döşəmələrin fransız palıdından, tavanların isə hələ də taxta tirlərinin olduğu görsənir.

Bredlinin evi hansı məqsədlə aldığını, hətta dedi-qodu etməyi sevən insayderlər hələ ki, açıqlamayıb. Şayiələrə görə Bredli və Cici cütlüyü orada yaşamağı düşünür.

Qeyd edək ki, Cicinin 2021-ci ildə ayrıldığı keçmiş sevgilisi Zeyn Malikdən Hai adlı bir qızı var.

Onların son ayrılmasına səbəb Zeynin Cicinin anası ilə mübahisəsi olub.    

Bredli sevgilisi Ciciyə qonşu olmaq üçün 6,5 milyon dollar XƏRCLƏDİ - FOTO - foto 1
Bredli sevgilisi Ciciyə qonşu olmaq üçün 6,5 milyon dollar XƏRCLƏDİ - FOTO - foto 2
Bredli sevgilisi Ciciyə qonşu olmaq üçün 6,5 milyon dollar XƏRCLƏDİ - FOTO - foto 3


Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO