Viktoriya Bonya azərbaycanlı sevgilisindən ayrıldı – FOTO 

Viktoriya Bonya azərbaycanlı sevgilisindən ayrıldı – FOTO 

Hazırda oxunan: Viktoriya Bonya azərbaycanlı sevgilisindən ayrıldı – FOTO 

178293

Rusiyanın məşhur model və aktrisası 44 yaşlı Viktoriya Bonya sevgilisi, azərbaycanlı iş adamı 31 yaşlı Ruslan Həsənovdan ayrılıb. 

Bizim.Media xəbər verir ki, bu haqda Bonya sosial şəbəkə hesabında məlumat yayıb. 

"Biz artıq bir yerdə deyilik. Əminəm ki, bu uzun və gözəl həyatda taleyin bizi bir araya gətirdiyinə həmişə şad olacağıq. Şübhəsiz ki, bir-birimizdən çox şey öyrəndik. Ancaq həyatımın bu nöqtəsində görürəm ki, bu yolda ayrı-ayrılıqda irəli getməyim daha yaxşıdır”, - deyə Viktoriya vurğulayıb. 

Qeyd edək ki, hazırda Ruslan Həsənov Dubayda biznesini idarə edir və dünyanı gəzir.
Məlumdur ki, onun biznesi əvvəllər o qədər də yaxşı getmirdi. Belə ki, 2021-ci ildə o, Moskvada proqram təminatının hazırlanması ilə məşğul olan “Soldout Media” şirkətini qurmuşdu. Lakin bir il sonra şikrət ləğv edilib. 







Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO