Efirdə DAVA: Ekspertlər bir-birinə mikrofon atdılar – VİDEO 

Efirdə DAVA: Ekspertlər bir-birinə mikrofon atdılar – VİDEO 

Hazırda oxunan: Efirdə DAVA: Ekspertlər bir-birinə mikrofon atdılar – VİDEO 
177404
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Space” TV-nin “Gəl danış” ictimai-sosial verilişinin canlı efirində ekspertlər arasında qalmaqal yaşanıb. 

Bizim.Media xəbər verir ki, sözügedən proqramda ekspert qismində iştirak edən xanım jurnalistin danışarkən əl-qol hərəkətləri etməsi onun yanında əyləşən həkimin qəzəbinə səbəb olub. 

“Mən görmüşəm ki, jurnalist savadlı danışar. Şüvənlik salmısınız. Siz yalnız qışqırırsınız”, - deyə həkim etiraz edib. 
Bundan sonra o, ayağa qalxaraq əlindəki mikrofonu qadın jurnalistin üzərinə atıb və əyləşdiyi kürsünü yan tərəfə çəkib. Bu anda isə jurnalist həkimin etdiyi hərəkəti təkrarlayaraq mikrofonu qarşı tərəfin üzərinə atıb. Verilişin növbəti dəqiqələrində ikili ayaq üstə bir-birinin üzərinə gedərək dalaşıblar. 

Onların bu davası əlbəyaxa olmasın deyə proqramın aparıcısı Amil Xəlil müdaxilə etmək məcburiyyətində qalıb. Tərəflərin mikrofonu söndürülüb.

Efirdə baş verən həmin gərgin dolu anları təqdim edirik: 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO