Əməkdar artist Şuşadakı evini TEATRA BAĞIŞLADI - VİDEO 

Əməkdar artist Şuşadakı evini TEATRA BAĞIŞLADI - VİDEO 

Hazırda oxunan: Əməkdar artist Şuşadakı evini TEATRA BAĞIŞLADI - VİDEO 
101147
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əməkdar artist Yadigar Muradov evini Şuşa Dövlət Musiqili Dram Teatrına bağışlayacağını açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə sənətkar qonaq olduğu “7 canlı” axşam şousunda bildirib. 

“Şuşadakı evimi teatrımıza bağışlayıram. Evim sağ-salamat durur. Çox möhtəşəm, böyük bir evim var. Hazırda orada 35 nəfərə yaxın insan yaşayır. Onlar Şuşanı bərpa edənlərdir.

Ermənilər evimi hərbi komissarlıq kimi istifadə ediblər. Orada bir il səkkiz ay yaşamışdım.

Mansarın şüşüləri atışma zamanı raket səslərindən sınıb. Allah qoysa, Şuşaya qayıdandan sonra teatrımız tikilib başa çatana kimi teatr üzvləri orada həm yaşayarlar, həm də orada məşqlərini apararlar. Kiçik tamaşaları oynamaq üçün isə evimin mansarı yararlıdır.

Onsuz da o ev tabuta yerləşmir, onu özümlə aparası deyiləm. Elan edirəm ki, oranı Şuşa Teatrına bağışlayıram”, - deyə Y.Muradov bildirib.  

Qeyd edək ki, Yadiqar Muradov hazırda Şuşa Dövlət Musiqili Dram Teatrının direktorudur.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO