- A-
- A
- A+
Köşə
02:33 / 08.07.2015
2 dəq oxunma
Hər kəs öz bildiyi şeylərdən danışsa...
Hazırda oxunan: Hər kəs öz bildiyi şeylərdən danışsa...
84874
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
BAXCP Ali Məclisinin sədri Teyyib Qənioğlu VHP funksioneri Rafiq Manaflının Moderator.az-da getmiş bir yazısına etiraz bildirib:
"Həm xaricdə, həm də Azərbaycanda haqqı, ədaləti, vicdanını itirməyənlər bu oyunlara yüksək qiymət verdiyi halda, xarici və təəssüf ki, bəzi daxili “millətsevərlər”x9d öz qarayaxmalarını, gözdənsalma kampaniyalarını, zərərli fikirlərini davam etdirirlər. Belə “yazılardan”x9d birinə moderator.az saytında rast gəldim. Rüstəm İbrahimbəyovun bişirdiyi kababın iyinə yığılıb özlərini “Milli”¦”x9d adlandıran, millilikdən uzaq olan “”¦Şuranın”x9d üzvü Rafiq Manaflı keçmiş maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun I Avropa oyunlarının keçirilməsinə sərf olunan xərclərin məbləği barədə yazısına güya ifşaedici cavab yazmışdır. İqtisadçı olmadığını söyləyən, amma iqtisadçı professora dərs keçmək iddiasında olan cənab R. Manaflı bu yazısında 2013 - 2015-ci illərdə büdcədən Azərbaycanda idman infrastrukturlarının yaradılmasına ayrılan vəsaitlərin məbləğini xatırlatmaqla I Avropa oyunlarına 8 milyard dollar vəsait xərcləndiyini sübut etməyə cəhd edir. Və heç bir əndazəyə sığmadan qeyd edir ki: “Əgər öyrənmək istəsəniz, əlaqə saxlayın, sizin üçün kalkulyasiya edim”x9d.
Yazısından göründüyü kimi, həqiqətən də cənab R. Manaflı iqtisadiyyat haqqında elementar biliyə malik deyil. Ona görə də ona iqtisadiyyat haqında bəzi elementar biliklər vermək istəyirəm. Cənab R. Manaflı, ən elementar (elementar iqtisadi biliyi olmayanlar üçün) şəkildə I Avropa oyunlarının təşkili və həyata keçirilməsi ilə bağlı xərcləri iki yerə bölmək olar:
a) heç bir mənfəət gətirməyən və sərf edildiyi anda silinən xərclər. Bu xərclərə nəqliyyat, mehmanxana, əyləncə, yemək, müxtəlif mədəni tədbirlərə çəkilən və b.k. xərclər aid edilir. I Avropa oyunlarının təşkili, idmançıların qəbulu, yerləşdirilməsi, onlara müxtəlif xidmətlərlə bağlı bu kimi birdəfəlik və mənfəət gətirməyən xərclər sərf edilmişdir;
b) idman infrastrukturunun yaradılması (obyektlərinin, qurğularının inşası) ilə bağlı xərclər. Həqiqətən də idman infrastrukturunun yaradılmasına külli miqdarda vəsait sərf edilmişdir. Qeyd edilən məqsədlər üçün sərf edilmiş xərcləri təmamilə I Avropa oyunlarının keçirilməsinə sərf edilən xərclər kimi göstərmək olarmı? Təbiidir ki, yox! Çünki idman infrastrukturuna daxil olan obyektlər hələ uzun müddət xalqımıza xidmət edəcək və onların inşasına sərf olunan xərclərdən daha çox mənfəət gətirəcəkdir. Ona görə də son üç ildə ölkəmizdə idman infrastrukturunun yaradılmasına sərf olunan xərcləri I Avropa oyunlarının ayağına yazmaq qərəzdən, qarayaxmadan başqa bir şey deyildir!
I Avropa oyunlarının gələcəkdə Azərbaycanda turizm sənayesinin, kiçik və orta sahibkarlığın inkişafına əvəzedilməz töhfə verdiyini də unutmaq olmaz!
P.S. hər kəs öz bildiyi şeylərdən danışsa daha yaxşıdır!
08.07.2015
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



































































































