Ac qoyacam

Ac qoyacam

Hazırda oxunan: Ac qoyacam

113913






Artdıqca nəfsi-tamahım bu xalqı ac qoyacam,

Hər evin, hər komanın üstünə xərac qoyacam.

xa0

Necə ki, diriykən aşkar canına qəsd edirəm,

Ölsə xortdadıb qəbirdən, goruna bac qoyacam.

xa0

Çox da ki, yox taqəti versin işıq, qaz pulunu,

Aldığı hər nəfəsi saymağa sayğac qoyacam.

xa0

Kim dolana bilməyirsə, qoy köç etsin Dubaya,

Namusu satmağı ac mədəyə əlac qoyacam.

xa0

Sevgim də, imanım da, həyatda yalnız puladır

Məni məmnun edə bilsən, başına tac qoyacam.

xa0

Əyəcəm qəddini xalqın, edəcəm özümə qul,

Bu həzzin ismini Seymur, haqqa merac qoyacam.

xa0

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO