Problemin “həllinin”x9d inkarçılıq metodu

Problemin “həllinin”x9d inkarçılıq metodu

Hazırda oxunan: Problemin “həllinin”x9d inkarçılıq metodu
101907
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda siyasi məhbus probleminin mövcudluğu, bu problemin beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə müzakirəyə çxıarılması heç kəsə sirr deyil. Demokratiya uğrunda mübarizə aparan siyasilərdən tutmuş vətəndaş cəmiyyəti təşkilatları, jurnalistlərə qədər bir çox ictimai-siyasi xadimləri həbs edən mövcud rejimin bu həbsləri müxtəlif adlar altında pərdələdiyi də məlum həqiqətlər sırasındadır.

Hazırda həbsdə olan siyasi məhbusların hamısı müxtəlif cinyətlərdə - dələduzluq, xuliqanlıq, silah qaçaqmalçılığı, narkotik istifadəçisi və s. adlarla həbs edilib ki, bu da həm ölkə, həm də beynəlxalq ictimaiyətin diqqətini yayındırmaq, bu həbslərə hüquqi don geyindirmək məqsədi daşıyıb. Məhz buna görə də beynəlxalq təşkilatların siyasi məhbusların azadlığı ilə bağlı tələbinin əsassız olduğunu iddia edən hakimiyyət, onların siyasi fəaliyyətinə görə deyil, yol verdikləri konkret cinayətlərə görə həbs edildiyini, bu səbəbdən də onları azad etməyin mümkünsüz olduğunu vurğulayır.

Bəli, nə qədər qəribə və gülünc olsa da hakimiyyət bütün dünyanın aydın bildiyi bir həqiqəti, siyasi məhbus probleminin mövcudluğunu cidd-cəhdlə danmağa, bunu inkar etməyə çalışır. Habuki, davamlı olaraq inkarçılıq mövqeyi nümayiş etdirmək, siyasi məhbus probleminin mövcudluğunu danmaq ölkədə belə bir problemin olmadığını düşünməlk üçün əsas deyil və ola da bilməz. Çünki bu, gözlə görülən, əllə tutula bilən bir həqiqətdir. Azərbaycan siyasi məhbus probleminin möğvcudluğunu danmaq, günəşin mövcudluğu inkar etmək kimi bir şeydir ki, kiminsə buna inanacağını düşünmək sadəcə sadəlövhlük olardı. Fəqət nə qədər qəribə olsa da hakimiyyət illər uzunudur ki, məhz bu cür sadəlövh mövqe nümayiş etdirməkdədir və hələ də güman edir ki, kimlərsə onun bu mövqeyinin səmimiyyətinə inanacaq.

Lakin hakimiyyət anlamalıdır ki, ölkədəki siyasi məhbus problemi ilk növbədə onun özünə, imicinə, dünyada və ölkə daixlindəki nüfuzuna zərbə vurur. Siyasi məhbus problemini həll etmək hər şeydən öncə hakimiyyətin özünün maraqlarına cavab verən bir məsələdir. Və əgər bir gün hakimiyyət ənənəvi mövqeyindən imtina edərək belə bir cəsarət sərgiləmiş olsa, o zaman sözün həqiqii mənasında ölkədə siyasi məhbus probleminin mövcud olmadığını iddia edə biləcək və bu zaman hakimiyyətə inanmamaq üçün heç bir səbəb qalmayacaqdır.

xa0

Fərid Kuhi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO