Xədicə İsmayılın işində vacib şahid xaricdədir

Xədicə İsmayılın işində vacib şahid xaricdədir

Hazırda oxunan: Xədicə İsmayılın işində vacib şahid xaricdədir

90462

Jurnalist şahidlər dindirildikdən sonra ifadə verəcəyini dedi; proses bu gün davam edəcək

Avqustun 12-də Ağır Cinayətlər Məhkəməsində araşdırmaçı-jurnalist Xədicə İsmayılın işi üzrə proses hakim Ramella Allahverdiyevanın sədrliyi ilə davam etdi. Məhkəmə saat 15:00-da başladı. İlk olaraq, Xədicə İsmayıl çıxış etdi. 


Təqsirləndirilən şəxs prosesdən əvvəl Ali Məhkəmədə bayraqdar Elman Türkoğlu ilə bağlı keçirilən məhkəməsindən danışdı:“Mənə səhər tezdən məlumat verildi ki, hazırlaş, Ali Məhkəmədəki prosesə gedirsən. Mən də hazırlaşdım. Lakin 10 dəqiqədən sonra dedilər ki, məhkəməyə getmirsən. Proses iştirakım olmadan keçirilib. Həmin iş üzrə vəkil Yalçın İmanov hüquqlarımı qoruyur. Lakin bu prosesdən onu uzaqlaşdırıblar. Onunla görüşə bilmirəm. 

Məhkəmə barədə məsləhətləşməliyəm. Hakimdən xahiş edirəm ki, təcridxanaya məktub göndərilsin. Onun mənimlə görüşünə etiraz etməməyinizlə bağlı. Çünki istintaq vaxtı Yalçın İmanov bu iş üzrə prosesdən uzaqlaşdırılanda prokurorluq təcridxanaya məktub göndərib ki, mənimlə onun görüşü qadağan olunsun. Bu səbəbdən görüşümüzə icazə verilmir”x9d.
X.İsmayılın çıxışından sonra hakim onun xahişini nəzərə alacağı barədə söz verdi.
Bundan sonra şahidlərin ifadələri ilə məhkəmə davam etdi.

AzadlıqRadiosunun sürücüsü olmuş Nurəddin Eyvazov qısa ifadə verdi: “Müqavilə əsasında orada işləyirdim. İşimə uyğun da pul alırdım”x9d.

Şahidin ifadəsinin ardınca X.İsmayıl yenidən çıxış etdi. O, məhkəmənin yarımqapalı şəkildə keçirilməsinə bir daha öz etirazını bildirdi: “Məhkəmə prosesi hələ də yarımqapalı şəraitdə keçirilir. Digər məhkəmələrdə yalançı şahid qismində iştirak edən şəxsləri bu zala doldurmusunuz. Hətta qohumlarım belə prosesə daxil ola bilmirlər”x9d.



Təqsirləndirilən şəxsin çıxışının bu yerində hakim ona anasının və başqa yaxın qohumlarının  zalda olduğunu söylədi. X.İsmayıl hakimin iradına belə cavab verdi: “Qohumlarımın bir hissəsi bayırdadır. Üstəlik də sizin nəzərinizə çatdırım ki, mənim üçün dostlarım qohumlarımdan daha vacibdir. Xahiş edirəm ki, məcburi şəkildə zalda oturtduğunuz şəxsləri bayıra çıxarın, yaxın adamlarım gəlsinlər”x9d.

Daha sonra digər şahid Ülkər Quliyeva ifadə verməyə dəvət olundu. Lakin şahid prosesdə gəlməmişdi. Hakim X.İsmayıldan ifadə verməsini xahiş etdi. Lakin o, şahidlərin ifadələri bitdikdən sonra ifadə verəcəyini bildirdi. Bundan sonra məhkəmədə fasilə yarandı.
Qısa fasilədən qayıdan məhkəmə heyəti prosesin 13 avqust saat 11:00-a salındığını elan etdi.

Məhkəmədən sonra X.İsmayılın anası Elmira İsmayılova mətbuata açıqlama verdi: “Şahid məhkəməyə gəlmədi. Ona görə də, prosesi təxirə saldılar. Dindirilən şahid Nurəddin Eyvazova işə götürülməsi və maaşını necə alması ilə bağlı suallar verildi. O da bildirdi ki, müqaviləm var idi. Günə görə pul aldığını bildirdi. Soruşdular ki, niyə yüksək maaş alırdın. O da söylədi ki, işim çox idi”x9d.

Vəkil Fariz Namazlı da proses barədə danışdı: “Nurəddin adlı şəxs dindirildi. Vaxtilə AzadlıqRadiosunda sürücü işləyib. O, ifadəsində bildirdi ki, xidmət müqaviləsi əsasında fəaliyyət göstərib. Onun istintaqa heç bir aidiyyəti yox idi. Digər şahidlər prosesə gəlmədiyinə görə fasilə elan olundu. Sonra məlum oldu ki, şahid ölkədə yoxdur. O, geri qayıtmalıdır. Amma bu hələ məlum deyil. Onun ifadəsinin alınması zəruridir. Məhkəmə Xədicə xanıma ifadə verməsini təklif etdi. Xədicə xanım bildirdi ki, bütün şahidlər dindirildikdən sonra ifadə verəcək. Prosesə gəlməyən şahid məhkəməyə dəvət olundu. Bundan sonra proses təxirə salındı”x9d.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO