Zaqatalada ağır qəza: 7 yaşlı qız dünyasını dəyişdi 
 -VİDEO

Zaqatalada ağır qəza: 7 yaşlı qız dünyasını dəyişdi -VİDEO

Hazırda oxunan: Zaqatalada ağır qəza: 7 yaşlı qız dünyasını dəyişdi -VİDEO
90197
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol


Maşınla atı vurdu, ağaca çırpıldı.
Hadisə Gözbarax kəndi ərazisində qeydə alınıb. Mamrıx kənd sakini Qəhrəman Canayev idarə etdiyi avtomobillə əvvəlcə qarşısına çıxan atı vurub, daha sonra idarəetməni itirərək maşını yolun kənarındakı ağaca çırpıb. 


Qəzada sürücünün 7 yaşlı qızı Dünya xəstəxanaya aparılarkən yolda ölüb. Müxtəlif bədən xəsarəti alan sürücü və onun yaxın qohumları Şərqiyə Balayeva, Nazxanım Aydəmirova MRX-a yerləşdiriliblər. 


Şərqiyə Balayeva aldığı  kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Qəhrəman Canayevin və Nazxanım Aydəmirovanın xəsarətləri yüngül olduğundan onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır. (Region TV)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO