“İnsanlar general ovladının da cəzalanmasına vərdiş etməlidir”x9d

“İnsanlar general ovladının da cəzalanmasına vərdiş etməlidir”x9d

Hazırda oxunan: “İnsanlar general ovladının da cəzalanmasına vərdiş etməlidir”x9d
75066
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Tanınmış hüquqşünas, keçmiş polis rəisi Əlövsət Əliyev DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general Şərif Əsədullayevin ərköyün oğluna görə cəmiyyətdəki bəzi yanaşmaları qəbul etmədiyini bildirərək onun müdafiəsinə qalxıb.
Moderator.az-a açıqlamasında keçmiş polis rəisi bildirib ki, nə ata oğulun, nə də oğul atanın törətdiyi əməllərə görə məsuliyyətə cəlb edilməməli, ictimai qınaq hədəfinə çevrilməməlidir:

"Bəzi KIV-lərdə Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin xuliqanlıq maddəsiylə cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilməsi hadisəsinin günun baş mövzusuna çevrilməsini normal qiymətləndirmirəm. Şərif Əsədullayevlə ona mənə və DİN-in rəhbərliyinə bəlli olan bəzi məsələlərə ğörə münasibətim pis olsa da bu məsələdə ona qarşı yönəlmiş qərəzli münasibətləri qəbul etmirəm. Əvvəla, Şərif cinayətkarlıga qarşı mübarizə sahəsində özünü təsdiq etmiş əməkdaşlardandır. Azərbaycanda əməliyyat işini onun kimi bilən mütəxəssis çox deyil. 
İkincsi də cinayət törədən hər kəs, o cümlədən, general ovladı da cəzalanmalıdır və insanlar buna vərdiş etməlidir. 
Övladlara ğörə valideynləri və ya əksinə, valideynlərə görə övladların hər hansı formada məsuliyyətə cəlb olunması, hətta KİV-lərdə ittiham edilməsi yolverilməzdir. 

Mən hesab edirəm ki, Şərif Əsədullayevin məsuliyyətə cəlb olunması və ya ondan oğlu ilə bağlı hər hansı formada hesabat tələb olunması ədalətsizlik və qanunsuzluqdan başqa bir şey deyil. Bununla baglı KİV əməkdaşlarının, habelə digər şəxslərin çagırışlarını da normal qiymətləndirmirəm. 
Başqa ölkələrdə buna oxşar hadisələri müsbət hal kimi göstərən jurnalistika bu halda generalın cəzalanmasını tələb etməsi əslində başadüşülən deyil. 
DİN rəhbərliyi bu sahədə həmişə dözümlülük nümayiş etdirib və hesab edirəm ki, bu hadisə ilə bağlı da dözumlülük nümayiş etdirə biləcək. Məsələn, general Zakir Nəsirovun həbsindən sonra oğlunun polis orqanlarında davamlı və uğurlu fəaliyyətini buna misal göstərmək olar. Bu siyahını istənilən qədər uzatmaq olar. Sadəcə mən generalı müqayisə üçün Z. Nəsirovun adını göstərdim".



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO