Almaniya qəddar cinayətdən sarsılıb, həm də qatillər məhkəmə qarşısına çıxarılmayacaq...
Bu qətl hadisəsi bütün Almaniyanı sarsıdıb. Martın 14-də polis məlumat verib ki, iki məktəbli 12 yaşlı qız uşağını qətlə yetirib. Onu doğrayıblar, qansız meyit martın 13-də Almaniyanın qərb hissəsindəki meşədə aşkar edilib.
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.
Luizanın qətl hadisəsi bütün ölkəni təlatümə gətirib, məhrumun öz həmyaşıdları tərəfindən qətlə yetirilməsi daha böyük sarsıntıya səbəb olub. Qatillər yaşlarına görə cinayət məsulliyətinə cəlb edilə bilməz.
Luiza Şimali Reyn-Vestfaliya federal torpağınən Froydenberq qəsəbəsində meşə massivinindəki velosiped yolunda ölü tapılıb. Hakimiyyət orqanlarının məlumatına görə, meyit üzərində bir neçə bıçaq yaraları aşkar edilib, qız qan itirilməsindən həyatını itirib.
İtkin düşən qızın cəsədi axtarış üzrə genişmiqyaslı əməliyyat nəticəsində aşkar edilib. Polis bir gün öncə qızın rəfiqəsini ziyarət edəndən sonra evə dönməməsindən sonra axtarış elan edib.
Məlumata görə, qız rəfiqəsinin evindən yerli vaxtla saat 17:30-da çıxıb öz evinə tərəf yollanıb. Yolu qısaltmaq üçün o, meşədən keçib getməyə qərar verib.
Həmin axşam elan edilən axtarış ertəsi gün günorta başa çatıb. O zaman xidməti it cansız bədənə rast gəlib. Bu məqamdan qızın hərəkətləri barədə versiyalar dəyişməyə başlayıb.
"Bild" jurnalının məlumatına görə, o, evlərinə tərəfə deyil, əks istiqamətə tərəf gedib və qonağı olduğu rəfiqəsinin evindən 2 km aralıda tapılıb.
Mətbuat konfransında yerli hakimiyyət orqanları məlumat verib ki, mərhumun ünsiyyət dairəsindən olan 12 və 13 yaşlı qızlar şübhəli bilinib və onlar qətli törətdiklərini etiraf edib.
Müstəntiq Florian Lokker deyib ki, polisdə ilk şübhələr Luizanın itkin düşdüyü gün axşam qızların ifadələrindəki ziddiyyətlər səbəbindən yaranıb.
Ertəsi gün onlar polis bölməsinə aparılıb və orada dindirmələr zamanı qətli törətdiklərini etiraf edib. Lokker vurğulayıb ki, dindirmə onların qohumları və psixoloqun iştirakı ilə aparılıb.
Qızların ifadələri obyektiv sübutlarla təsdiq edilib. Dairə prokuroru Mario Mannvayler məlumat verib ki, qətl aləti hələ aşkar edilməyib, polis axtarışı davam etdirir. O, qeyd edib ki, daha kimsənin baş vermiş hadisədə əli olduğuna və ya Luizanın seksual təcavüzə məruz qalmasına əsaslar yoxdur.
Şübhəli bilinənlərin azyaşlı olması ilə əlaqədar olaraq prokuror qatillərin hansı motivləri rəhbər tutması və onların Luiza ilə eyni məktəbdə oxuması barədə məlumat verməyib.
O, həmçinin onların cinsi barədə məlumat verməkdən imtina edib, lakin alman KİV-ləri onların qız olduğu barədə məlumat verib. Şübhəli bilinənlər həbs edilməyib, çünki Almaniyada cinayət məsuliyyəti 14 yaşından başlanır.
Bu səbəbdən də onlar məhkəmə qarşısına çıxarılmayacaq. Bunun əvəzinə onlar sosial təminat orqanlarına təhvil verilib və internatda saxlanılır.
Bu hadisə bütün ölkəni sarsıdıb. Şimali Reyn-Vestfaliya federal torpağın nazir-prezidenti Hendrik Vüst deyib: "Bütün Şimali Reyn-Vestfaliya hüzn içindədir. Uşaqların belə iyrənc hərəkət etməyi ağlasığmazdır". O, qətlin bütün təfərrüatlarının açıqlanacağını vəd edib.
Froydenburqun meri Nikol Raşke məlumat verib ki, qəsəbə sakinləri qətldən sarsılıb və mərhumun ailəsinə başsağlığı verib. Meriya matəmlə bağlı bayrağı endirib.




























































































