Sevgilisi ilə birlikdə azyaşlı oğlunu öldürən anaya 15 il həbs verildi

Sevgilisi ilə birlikdə azyaşlı oğlunu öldürən anaya 15 il həbs verildi

Hazırda oxunan: Sevgilisi ilə birlikdə azyaşlı oğlunu öldürən anaya 15 il həbs verildi
32771
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Bakı Apelyasiya məhkəməsində Xətai rayon sakinləri Çaadayeva Yelena Gennadyevna və Mereşkin Aleksandr Vasilyeviçin məhkəməsi başlayıb.Moderator.az-ın Gün.Az-a istinadən məlumatına görə, azyaşlı uşağı öldürməkdə təqsirləndirilən sevgililərin məhkəməsi hakim İlqar Murquzovun sədrliyi ilə keçirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Çaadayeva Yelena Gennadyevna və Mereşkin Aleksandr Vasilyeviç 15 il müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, ötən il noyabrın 28-də Nobel prospekti 7 ünvanında Usov Gennadi Andreyeviçin meyiti aşkarlanıb. Araşdırmalar zamanı azyaşlının qətlə yetirildiyi müəyyən edilib. Həyata keçirilən əməliyyat nəticəsində hadisəni törədən Usov Gennadinin anası Çaadayeva Yelena Gennadyevna və onun sevgilisi saxlanılıb.

İstintaqa ifadə verən ana oğlunu ona qarşı əxlaqsız hərəkət etdiyi üçün öldürdüyünü bildirib.

Anaya oğlunu boğmaqda Mereşkin Aleksandr Vasilyeviç də köməklik edib.

Onlar törətdikləri cinayəti ört-basdır etmək məqsədilə əvvəlcə meyiti hadisə baş verən otağın giriş qapısının yuxarı hissəsində bərkidilmiş turnik kimi istifadə edilən dəmirdən asıb, sonra isə evdən çıxararaq yaşadığı evin sol tərəfində tikintisi aparılan bünövrəyə atıblar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO