İki dovşana görə məhkəməlik oldular
 - FOTO

İki dovşana görə məhkəməlik oldular - FOTO

Hazırda oxunan: İki dovşana görə məhkəməlik oldular - FOTO

258178

İsmayıllı rayonunda qanunsuz ov edən şəxslər tutulub.

Bu barədəxa0Moderator.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Polis əməkdaşları tərəfindən qanunsuz dovşan ovlayan Kürdmaşı kənd sakinləri Qurban Hüseynov və Tofiq Xəlilov saxlanılıblar.

Onlardan müvafiq icra hakimiyyətindən xüsusi icazələri olmadan saxladıqları iki ədəd “TOZ 63” markalı ov tüfəngi götürülüb.

Saxlanılan şəxslərin barələrində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO