Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində avtomobillərin ehtiyat hissələrini oğurlayan dəstə üzvləri zərərsizləşdirilib.
xa0
Bu haqdaxa0xa0Daxili İşlər Nazirliyindən məlumat verilib.
xa0
Belə ki, oktyabrın 8-nə keçən gecə Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində şəhər sakini Oqtay İbrahimova məxsus “VAZ-2106”x9d markalı avtomobildən akkumulyator oğurlandığı barədə idarəyə məlumat daxil olub.
xa0
Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş Azər Güləliyev, onun oğlu Vaqif, şəhər sakinləri Rasim Talıbov və əvvəllər məhkum olunmuş Elxan Sultanov tutulublar.
xa0
Saxlanılan şəxslərin ətraflarında aparılan əlavə tədbirlərlə onların oktyabrın 1-dən 7-dək olan müddətdəxa0 Sumqayıt şəhəri ərazisində daha 5 avtomobildən oğurluq etmələri müəyyən edilib.
xa0
Qeyd edək ki, oğurluq etməkdə şübhəli bilindiyinə görə saxlanılan Azər Güləliyevin ətrafında Sumqayıt ŞPİ 1-ci PB-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun cari ilin iyun-sentyabr ayları ərzində şəhər ərazisində daha 5 avtomobildən akkumulyator və məişət əşyaları oğurladığı da müəyyən edilib.
xa0
Dəstənin digər üzvü Elxan Sultanovun ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun ötən ilin dekabr ayında və cari ilin sentyabr ayından indiyədək olan müddətdə şəhər ərazisində əalvə 6 avtomobildən akkumulyator və yaddaş kartı oğurlaması da müəyyən edilib.
xa0
Əməliyyat tədbirinin davamı olaraq saxlanılan şəxslərin oğurladıqları əşyaları əlvan metalların qəbulu məntəqəsində işləyən Sumqayıt şəhər sakinləri İxtiyar Quliyev və Qabil Məmmədova satdıqları müəyyən edilib.
xa0
Həmin şəxslər də müəyyən edilərək izahatlarının alınması üçün polis idarəsinə gətirilib. Qeyd edək ki, metal qəbulu məntəqələri sahibləri aldıqları akkumulyatorların oğurluq olduğunu əvvəlcədən biliblər.
xa0
Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.xa0



























































































