
- A-
- A
- A+
Kriminal
19:42 / 21.11.2015
2 dəq oxunma
Azərbaycanlı milyonçunun oğlunu hansı “vor zakon”x9d oğurlatdırıb?
Hazırda oxunan: Azərbaycanlı milyonçunun oğlunu hansı “vor zakon”x9d oğurlatdırıb?
107357
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk üzrə keçmiş sədri, hazırda biznes fəaliyyəti ilə məşğul olan Malik Pirverdiyevin oğlunu oğurlayıblar.
Moderator.az xəzərnews.az-a istinadən xəbər verir ki, M.Pirverdiyevin oğlu bir neçə müddətdir oğurlansa da bu fakt ictimaiyyətdən gizli saxlanılır, yalnız onun itkin düşdüyü barədə informasiyalar verilir.
M.Pirverdiyevin oğlu Camal Pirverdiyev 1993-cü ildə anadan olub, 22 yaşı var, sosial şəbəkələrdə fəal olub və komfort həyat tərzini nümayiş etdirməyi çox xoşlayıb.
İnternetdə axtarışlar zamanı hətta C.Pirverdiyevin Ukraynada söz-söhbətə səbəb olan bir neçə hadisədə iştirakı ilə də rastlaşmaq mümkündür.
Ukrayna internet saytlarında C.Pirverdiyevin 2015-ci il, oktyabrın 14-də itkin düşdüyü barədə informasiyalar yer alıb. Bildirilir ki, M.Pirverdiyev Donetskdə nüfuzlu azərbaycanlı iş adamlarındandır. Onun oğlunun Azərbaycanda çəza çəkən "Quli" ləqəbli "qanuni oğru"nun adamları tərəfindən oğurlandığı iddia olunur.

Qeyd edilir ki, M.Pirverdiyevlə yanaşı başqa bir iş adamının da hazırda Ukraynada təhsil alan oğlu məlum dəstə tərəfindən oğurlanıb.
XəzərNews.az oğlu oğurlanan ikinci iş adamının da kimliyini araşdırır. Verilən məlumata görə, hər iki oğurlanan gəncin buraxılmasından ötrü ayrı-ayrılıqda 1 milyon dollar "xərac" tələb olunur.
Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Cinayət Axtarış Baş İdarəsi və "Vaşaq" xüsusi çevik dəstəsinin əməkdaşları adam oğurluğu, soyğunçuluq və zorakılıq əməllərində şübhəli bilinən etnik mütəşəkkil qrupun üç üzvünü yaxalayıb. Şübhəli şəxslərin hazırda Azərbaycanda cəza çəkməkdə olan "Quli" ləqəbli "qanuni oğru"nun idarə etdiyi bildirilir.
Xatırladaq ki, həmin "vor zakon"un "Lotu Quli" olduğu güman edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.






























































































