Azərbaycandan Çinə Orta dəhlizlə yaşıl neft koksu ixrac olunub

Azərbaycandan Çinə Orta dəhlizlə yaşıl neft koksu ixrac olunub

Hazırda oxunan: Azərbaycandan Çinə Orta dəhlizlə yaşıl neft koksu ixrac olunub
87480
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycandan Çinə Orta dəhlizlə yaşıl neft koksu ixrac olunub. 

“Azərbaycan Dəmir Yolları” QSC-dan Bizim.Media-ya bildirilib ki, “ADY Konteyner” şirkəti ilə “Azəralüminium” MMC-nin birgə əməkdaşlığı çərçivəsində növbəti yükdaşıma əməliyyatı həyata keçirilib. Bu dəfə Azərbaycandan Çinə konteynerlərlə yaşıl neft koksu ixrac edilib. 

Gəncə-Pingyuan marşrutu üzrə hərəkət edən blok qatarda yüklər hər biri 40 futluq olmaqla 50 konteynerdə daşınır.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə hərəkət edən qatar Ələt limanından Qazaxıstanın Aktau limanına “Barıs” fider gəmisi vasitəsilə çatdırılıb. Daha sonra Qazaxıstan ərazisi ilə Çinə istiqamət götürüb. 

Konteynerlərdən səmərəli istifadə olunması məqsədilə bir müddət əvvəl ölkəmizin ərazisinə bişmiş karbon anod bloklarının gətirildiyi konteynerlərə yaşıl neft koksu yüklənərək emal üçün yenidən Çinə göndərilib. 
Layihə “ADY Konteyner” və “Azəralüminium” şirkətləri arasında imzalanmış birgə yükdaşımalar haqqında anlaşma memoranduma uyğun olaraq həyata keçirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO