Dünya bazarında neftin qiymətinin ucuzlaşması ictimai rəydə ciddi narahatlıqla müşahidə edilməkdədir. Neft gəlirlərinin azalması sıradan vətəndaşlaırn həyatına necə təsir göstərəcək? Bu tendensiya sosial gərginliyi artıra, yaşam səviyyəsini aşağı sala bilərmi?
Bununla
bağlı Moderator.az-a və “Hürriyyət”x9d qəzetinə açıqlama verən tanınmış
iqtisadçı-ekspert Məhəmməd Talıblı hesab edir ki, neft gəlirlərinin sosial həyata
təsiri özünü fərqli formalarda göstərə bilər:
“Dünyada
neftin qiymətinin aşağı düşməsi iqtisadiyyatımıza müxtəlif təsir kanalları ilə
ötürülə bilər. Burada xüsusilə həm ÜDM-in həcminə, ARDNŞ-in gəlirlərinə, büdcə
gəlirlərinin təxminən 10%-ə təsir edir. Amma sosial sferaya təsiri isə müxtəlif
formalarda baş verə bilər. Bu kanallar vasitəsilə ötürülmənin özü də başqa
sosial indikatorlara da təsir edə bilir. Ən böyük təsiri bəzi makroiqtisadi
göstəricilərin formalaşmasının (büdcə balansı, ÜDM) yarısından çoxunda neft
faktoru var. Bu zaman neftin qiymət azalmaları onların gəlirlərinə təsir edərək,
artımı əngəlləyir. Bu isə yaxın gələcəkdə sosial gərginliyin əsas mənbəyi kimi
çıxış edəcək. Neftin qiymətinin aşağı düşməsi büdcədə neftin ortalama qiymət həddinin
daha çox konservativ həddə götürülməsini şərtləndirir ki, bu da xərclərimizdə
müəyyən artımlardan imtina zərurəti yaradır. Bu isə həmin ilin büdcə xərcləmələrində
və ya növbəti illərdə investisiya layihələrində özünü göstərir. Büdcə və büdcədən
kənar fondlardan maliyyələşən investisiya layihələrinin kəsilməsi bu sahədə
çalışan məşğul əhali qruplarının həm işlə bağlı təminatına, həm də ailə büdcələrinə
neqativ təsir göstərir. Ən əsası dövlət büdcə aləti vasitəsilə tənzimlənməsində
sosial ayırmalara vəsait tapa bilmir”x9d.
M.Talıblının
bildirdiyinə görə, neftin qiymətinin bir qədər də artması daha ciddi problemlərə
səbəb ola bilər:
“Görürsünüz,
dünyada neftin qiyməti aşağıya doğru enməkdə hələ inerasiya ilə baş verdiyi
halda, biz büdcədə sosial xərcləmələrdə əhəmiyyətli artımlara gedə bilmiriksə,
görün neftin qiymətində əhəmiyyətli enmələr olsa, biz hansı çətinliklə rastlaşa
bilərik. Məsələn, növbəti ilin büdcəsində sosial sferadakı vəziyyətə diqqət etsək,
bunu asanlıq görə bilərik. Büdcədə sosial sferada çalışanların əməkhaqqılarında
ötən illə müqayisədə cəmi-cümlətəni 3 faizə yaxın artım baş verəcək. Belə deyək
ki, 300 manat əməkhaqqı alan həkim və ya müəllimə 20 milyard manatlıq büdcədən
cəmi 9 manat artım düşəcək”x9d.
Seymur
Əliyev



































































































