Ötən ay vətəndaşlara 1 milyon 393 min 882 tibbi xidmət göstərilib

Hazırda oxunan: Ötən ay vətəndaşlara 1 milyon 393 min 882 tibbi xidmət göstərilib

56868

İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim edilən ilkin hesabatlara əsasən, ötən ilin dekabr ayı ərzində 58 şəhər və rayonda 383 min 847 vətəndaşa 1 milyon 393 min 882 tibbi xidmət göstərilib.

Bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 624 min 85 müraciət daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bu gün keçirilən mətbuat konfransında deyib.

Qeyd edilib ki, müraciətlər üzrə tibbi xidmətlərin 1 milyon 201 min 415-i ambulator, 192 min 467-si isə stasionar şəraitdə göstərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO