KOBİA Türkiyədə keçiriləcək sərgidə iştirak edəcək

KOBİA Türkiyədə keçiriləcək sərgidə iştirak edəcək

Hazırda oxunan: KOBİA Türkiyədə keçiriləcək sərgidə iştirak edəcək

0:00
0:00
49819

Yanvarın 18-21-də Türkiyənin Antalya şəhərində 28-ci Beynəlxalq Qida və İçki Məhsulları Sərgisi keçiriləcək.

Bizim.Media xəbər verir ki, sərgidə Azərbaycan da iştirak edəcək.

Ölkəmizi İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) təmsil edəcək. Artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb.

Xatırladaq ki, KOBİA ölkə prezidentinin 28 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 26 iyun 2018-ci il tarixli fərmanı ilə Agentliyin nizamnaməsi və strukturu təsdiq edilib.

Qurum kiçik və orta biznesin inkişafını dəstəkləyən, KOB subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO