Şüvəlan qəsəbəsində “Nizami”x9d küçəsində möminlərin birgə təşəbbüsü ilə "Ehtiyacın varsa, götür, ehtiyacın yoxdursa, as" adı ilə mağazaxa0açılıb. Hansı ki, mağaza elə açıldığı gün də yoxsul vətəndaşlar tərəfindən boşaldılıb. Mağazaya paltar qoyanların olması da müşahidə edilib ki, onların sayı paltar götürənlərdən qat-qat az olub.
Maraqlıdır, kasıbların paltara olan tələbatının pulsuz qarşılandığı bu kimi mağazalardan Bakının digər rayonlarında, əyalətlərdə də açılmasına ehtiyac varmı? Bu, ənənənin, bu tendensiyanın yayılması nə dərəcədə məqsədəuyğundur?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu addımı alqışladığını bildirdi:
“Bu kimi addımların regionalarda da həyata keçirilməsinə mühüm ehtiyac var. Bu, çoxdan həyata keçirilməsi gərəkən bir addımdır. Çox insanın evində geyinmədiyi paltarlar var. O paltarları yuyub, ütüləyib aparıb ordan asmaq təqdirəlayiq bir addım oalrdı. Bu, çox mühüm bir məsələdir. Mən 2001-ci ilin 31 dekabr tarixində bir qazan aş bişirdib “Jiquli”x9dnin arxasına qoydum, qızımı da özümlə götürdüm və o aşı işıqforda dayanan uşaqlara payladıq. Qalanlarını isə uşaq evindəki uşaqlara apardıq. Bu, balaca bir vətəndaş istəyi idi.
Şüvəlanda açılan bu mağaza da yaxşı bir ənənədir və bu ənənə hər yerə yayılmalıdır. Hesab edirəm ki, bu, pulsuz paltarların verilməsi ənənəsinin başlanğıcını qoydu. Bu təşəbbüsü alqışlayıram”x9d.
xa0
Seymur Əliyev
xa0
xa0

































































































