
- A-
- A
- A+
İqtisadiyyat
15:04 / 27.02.2023
1 dəq oxunma
Rusiya Polşaya neft tədarükünü dayandırdı
Hazırda oxunan: Rusiya Polşaya neft tədarükünü dayandırdı
122800
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Rusiya boru kəməri vasitəsilə Polşaya neft tədarükünü dayandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Polşanın “Orlen” neft emalı kompaniyasının rəhbəri Daniel Obaytek özünün Tvitter hesabında yazıb.
“Moskva Polşaya neft tədarükünü dayandırıb. Biz buna tam hazırıq. Rusiyadan ölkəyə yalnız 10 faiz xam neft idxal olunurdu. Onu digər istiqamətlərlə əvəz edəcəyik”, - deyə Daniel Obaytek qeyd edib.
“Orlen” kompaniyası diversifikasiya strategiyası çərçivəsində Şimal dənizi, Qərbi Afrika, Aralıq dənizi hövzəsi, həmçinin Meksika körfəzi və digər istiqamətlərdən tədarüklər hesabına idxal paketini formalaşdırır.
Hazırda kompaniyanın əsas tərəfdaşı Saudi Aramco şirkətidir.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
































































































