“Real Madrid” mövsümün ilk El-Klasikosunda “Barselona”nı məğlub etdi

“Real Madrid” mövsümün ilk El-Klasikosunda “Barselona”nı məğlub etdi

Hazırda oxunan: “Real Madrid” mövsümün ilk El-Klasikosunda “Barselona”nı məğlub etdi
99590
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İspaniya La Liqasında “Real Madrid” və “Barselona” komandaları arasında mövsümün ilk El-Klasiko keçirilib.

Bizim.Media xəbər verir ki, “Santyaqo Bernabeu” stadionundakı IX tur oyunu meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:1.

Oyunda hesabı “Real Madrid” açıb. Kərim Benzema 12-ci dəqiqə fərqlənib. 35-ci dəqiqədə Valverde Mendinin ötürməsindən sonra dəqiq oynayıb – 2:0.
İlk hissə bu hesabla yekunlaşıb. İkinci hissədə “Barselona” fərqi azaldıb. Ferran Torres 83-cü dəqiqədə Levandovskinin məhsuldar ötürməsini dəyərləndirib.

Amma bu, matçdakı son qol olmayıb. Oyunun əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə Rodriqo penalti zərbəsindən yekun hesabı müəyyənləşdirib – 3:1.

Bu nəticə ilə xallarının sayını 25-ə yüksəldən “Real Madrid” turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. Ondan 3 xal geri qalan “Barselona” ikincidir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO