
- A-
- A
- A+
İki sərbəst güləşçimiz Avropa çempionatında yarımfinala yüksəldi
Azərbaycanın iki sərbəst güləşçisi Bolqarıstanın Plovdiv şəhərində U-23 Avropa çempionatında yarımfinala yüksəlib.
Bizim.Media xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan Tofiq Əliyev 1/4 finalda almaniyalı Justin Horsta uduzub.
65 kq-dakı Zirəddin Bayramov ardıcıl olaraq bolqar Stilyan İliyevi və türkiyəli Hamza Alacanı məğlub edib. O, finala gedən yolda fransalı Marvane Ahmed Yezza ilə görüşəcək.
70 kq-dakı Murad Yevloyev 1/8 finalda isveçrəli Tobias Portmanı sonuncu xal prinsipinə əsasən üstələsə də, bolqar İvan Stonayovun müqavimətini qıra bilməyib. Əşrəf Aşırov (79 kq) ilk qarşılaşmasında gürcü Evsem Şvelidzeyə yenilib.
İslam İlyasov (97 kq) ilk görüşdə gürcü Riveri Mitsituriyə qalib gələrək yarımfinala adlayıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































