Laurentsiu Regekampf:

Laurentsiu Regekampf: "Bu cür hissiyyatı sevirəm"

Hazırda oxunan: Laurentsiu Regekampf: "Bu cür hissiyyatı sevirəm"

629712

“İstilik 120 dərəcəyə qalxır, bu cür hissiyyatı sevirəm”.

Bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf “Turan Tovuz”a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

İlk görüşdə Tovuzda 0:1 hesabı ilə məğlub olan “ağ-qaralar” "Bakcell Arena"da son dəqiqə qolları sayəsində finala yüksəlib.

Komandasının çıxışını dəyərləndirən rumıniyalı mütəxəssis ilk dəqiqədən sona kimi futbol oynamağa çalışdıqlarını bildirib: "Bütün komponentlərdə rəqibi üstələdik. Yarımfinal idi, uduza da bilərdik. Çünki son 3-4 oyunda bizi bəxtsizlik bürüyüb. Kubok oyunları hər zaman fərqli olur. Final matçını doğma arenada keçirəcəyimiz üçün sevinirik. Kuboku qazanmaq üçün hər şeyi edəcəyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO