"Top-5" liqalar istisna ən bahalı gənc futbolçular: Türkiyəli oyunçu ilk "10-luq"da

Hazırda oxunan: "Top-5" liqalar istisna ən bahalı gənc futbolçular: Türkiyəli oyunçu ilk "10-luq"da

620664

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) Avropanın "böyük beşlik" ölkələri istisna olmaqla, yaşı 23-dən az ən bahalı futbolçuları açıqlayıb.

Siyahıda 100 gənc oyunçunun adı göstərilib.

İlk pillədə Portuqaliya "Benfika"sının mərkəz hücumçusu Qonsalu Ramuş qərarlaşıb. 22 yaşlı forvardın transfer qiyməti 70 milyon avrodur.

Onun komanda yoldaşı Antonio Silva (66 milyon avro) ikinci, Portuqaliya "Sportinq"indən Qonsalu İnasiu (62 milyon avro) üçüncü olub.

Niderlandın "Feyenoord" klubunun formasını geyinən Türkiyə millisinin üzvü Orkun Kökçü ilk "10-luq"da yer alıb. 22 yaşlı yarımmüdafiəçi 34 milyon avro ilə 9-cudur.

"100-lüy"ə ən çox Braziliya A Seriyasından (18) futbolçu daxil edilib. Avstriya "Zaltsburq"undan 10, "Feyenoord"dan 6, Niderland "Ayaks"ından 5, İngiltərə "Bernli"sindən və Niderland PSV-sindən hərəyə 4 oyunçu siyahıya düşüb.

Qeyd edək ki, Orkun Kökçü Niderlandın "Eyndhoven" komandasında çıxış edən Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün qardaşıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO