Rezidenturada boş qalan yerlərə ixtisas seçimi başlayıb

Rezidenturada boş qalan yerlərə ixtisas seçimi başlayıb

Hazırda oxunan: Rezidenturada boş qalan yerlərə ixtisas seçimi başlayıb

635473

Rezidenturada boş qalan plan yerlərinə ixtisas seçimi başlayıb.

Bizim.Media Dövlət İmtahan Mərkəzinə istinadla xəbər verir ki, boş qalan yerlərə seçim 8 sentyabr saat 10:30-dan başlayıb və 10 sentyabr saat 23:59-dək davam edəcək.

Hələ ki, cəmi bir nəfər (Azərbaycan bölməsi üzrə) ixtisas seçimi edib.

Qeyd edək ki, 2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 950 yerdən ibarət olub. Onlardan 82 yer ATU-nun Hərbi tibb fakültəsinin məzunları üçün və 40 yer İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının məzunları üçün nəzərdə tutulub.

Artıq əsas yerləşdirmədən sonra qəbul olanların qeydiyyatı başa çatıb.

Rezidenturaya qəbul olmuş namizədlərdən 19 nəfər müəyyən olunmuş müddətdə qeydiyyatdan keçmədiyi üçün bu onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilib (bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar).

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO