Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Bizim.Media-ya verilən xəbərə görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Sentyabr ayının 6-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 38 kiloqram 778 qram narkotik vasitə və 7680 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkarlanıb.
Belə ki, sərhəd dəstəsinin xidməti ərazisində saat 01:30-da İran İslam Respublikasından Azərbaycan Respublikasına pilotsuz uçuş aparatı (PUA) vasitəsilə keçirilən 21 kiloqram 700 qram narkotik vasitə və 1000 ədəd psixotrop tərkibli Metadon M-40 həbi, saat 04:10-da isə paraplan vasitəsilə keçirilən 17 kiloqram 78 qram narkotik vasitə və 6680 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Bizim.Media
































































































