"Sabah"ın UEFA Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi Bakı Olimpiya Stadionunun ot örtüyünün bərpası ilə bağlı intensiv işlərə start verilib.
Bizim.Media xəbər verir ki, artıq örtüyün üst təbəqəsi çıxarılıb. Meydançaya qum təbəqəsi vurulmaqla yeni səviyyə verilir.
Artıq ot örtüyü üçün təbii rulonlar sifariş edilib. Meydançanın sentyabrın sonu, ən geci isə oktyabrın 5-dək tam hazır olacağı bildirilib.
Bərpa işləri SİS və “Aqrosport” şirkətləri tərəfindən həyata keçirilir.
Qeyd edək ki, "Sabah" Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə sentyabrın 10-da İngiltərədə “Mançester Yunayted”ə qarşı keçirəcəyi oyunla start verəcək. Azərbaycan çempionu ilk ev matçına isə oktyabrın 13-də çıxacaq. Liqa mərhələsinin II turuna təsadüf edəcək görüşdə rəqib Çexiyanın “Slaviya Praqa” komandası olacaq. (Azərtac)
Bizim.Media

- A-
- A
- A+
İdman
13:54 / 08.09.2026
Çempionlar Liqası: "Sabah" ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək
Hazırda oxunan: Çempionlar Liqası: "Sabah" ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək
Hazırda oxunan: Çempionlar Liqası: "Sabah" ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək
635447
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































