UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində İngiltərədə baş tutacaq "Mançester Yunayted" və "Sabah" komandaları arasındakı I tur matçının hakim təyinatları müəyyənləşib.
Bizim.Media xəbər verir ki, qarşılaşmada ədaləti Fransadan olan hakimlər briqadası qoruyacaq.
Matçın baş hakimi Villi Delajo olacaq. Yan xətlərdə ona Ervan Finjan və Valentin Evrar kömək edəcəklər. Dördüncü hakim funksiyası Matye Vernisə həvalə olunub.
VAR hakimi kimi Jerom Brisar, AVAR-da isə Momçilo Markoviç iş başında olacaq.
Qeyd edək ki, sentyabrın 10-da "Old Trafford" stadionunda oynanılacaq "Mançester Yunayted" - "Sabah" qarşılaşmasına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
Bizim.Media

- A-
- A
- A+
İdman
14:08 / 08.09.2026
"Mançester Yunayted" - "Sabah" oyununun hakimləri açıqlandı
Hazırda oxunan: "Mançester Yunayted" - "Sabah" oyununun hakimləri açıqlandı
Hazırda oxunan: "Mançester Yunayted" - "Sabah" oyununun hakimləri açıqlandı
635450
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































