Umayra Tağıyeva: Azərbaycan iqlim riskləri ilə üzləşir

Umayra Tağıyeva: Azərbaycan iqlim riskləri ilə üzləşir

Hazırda oxunan: Umayra Tağıyeva: Azərbaycan iqlim riskləri ilə üzləşir

635442

Azərbaycan iqlim riskləri ilə üzləşir.

Bizim.Media xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində keçirilən "Süni intellektin çoxsaylı təhlükələrə dair erkən xəbərdarlıq sistemlərinə inteqrasiyasının üstünlükləri və çağırışları" adlı panel sessiyada deyib.

Nazir müavini qeyd edib ki, Azərbaycanda iqlim riskləri ilə bağlı hallar müşahidə edilir:

"Azərbaycanın iqlim dəyişmələrinə dair həssaslıq indeksinin qiymətləndirilməsinə əsasən, son 10 il ərzində ekstremal hava-iqlim hadisələrinin sayı və intensivliyi xeyli artıb və sektoral inkişaf planlarında iqlim məsələlərinin inteqrasiyasını zəruri edib".

Onun sözlərinə görə, Avropada şiddətli istilər, Nepalda dağıdıcı sellər, dünyanın bir çox ölkəsində iqlim prosesləri göstərir ki, bu mövzuya həssas yanaşmaq lazımdır.

U.Tağıyeva əlavə edib ki, rəsmi araşdırmalar görə, erkən xəbərdarlıq sistemi iqlim zərərlərini 30% azalda bilər:

"Hazırda dünya süni intellektin təsiri ilə ciddi transformasiyalara və yeni imkanlara keçid edir. Bu məsələnin önəmi bütün qlobal platformalarda öz təsdiqini tapmaqdadır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO