Daşkənddəki Böyük Dəbilqəyə qatılacaq Azərbaycan cüdoçuları bəlli olub

Daşkənddəki Böyük Dəbilqəyə qatılacaq Azərbaycan cüdoçuları bəlli olub

Hazırda oxunan: Daşkənddəki Böyük Dəbilqəyə qatılacaq Azərbaycan cüdoçuları bəlli olub

604462

Martın 3-də Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək Böyük Dəbilqə turnirində iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.

Üç gün davam edəcək yarışda milli komandanın 6 üzvü 3 çəki dərəcəsi üzrə qüvvəsini sınayacaq.

Yarışda Rövşən Əliyev və Əhməd Yusifov 60 kq, Kamran Süleymanovla Ruslan Paşayev 66 kq, Nəriman Mirzəyev və Rəşid Məmmədəliyev isə 73 kq çəki dərəcəsində mübarizə aparacaqlar.

Qeyd edək ki, Böyük Dəbilqədə 53 ölkədən 382 idmançı medallar uğrunda yarışacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO